2016-cı il Rəcəb Tayyib Ərdoğan üçün çox mәhsuldar il olub

Ərdoğan  2016-cı ildә  20 ölkəyə 22 səfər edib və 37 dövlət başçısı ilə görüşüb.

638320
2016-cı il Rəcəb Tayyib Ərdoğan üçün çox mәhsuldar il olub

2016-cı il Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan üçün çox mәhsuldar il olub.

Ərdoğan  2016-cı ildә  20 ölkəyə 22 səfər edib və 37 dövlət başçısı ilə görüşüb.

Ölkә daxilindә  isə 24 şәhәri  31 dəfə ziyarәt edib.

Dövlәt başçısı: ‘‘Çox çalışan  dövlәt başçısı olacağımı hәr fürsәtdә  söylәmişdim’’ demişdi.

2016-cı il dә  dövlәt başçısı üçün çox mәhsuldar il oldu.

Әrdoğan 2016-cı ildә hәm ölkә daxilindә, hәm dә xaricindә çox sayda görüş keçirib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan 2016-cı ildә  ABŞ-a 3 dәfә sәfәr edib.

Cari ilin aprel ayında baş tutan ilk sәfәri çәrçivәsindә  o,  Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib.

Dövlәt başçısı bu ölkәyә ikinci sәfәrini əfsanə boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün edib.

Ərdoğanın ABŞ-a son səfəri  isә sentyabr ayında baş tutub. Әrdoğan sәfәri çәrçivәsindә  BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edib. 

Әrdoğanın  Rusiyaya etdiyi  səfəri 2016-cı ilin siyasətinə damğa vuran məqamlardan biri olub.

Dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğan və Rusiya  prezidenti  Vladimir Putin avqust ayında Sankt- Peterburqda  bir araya gəlib.

Sentyabr ayında dünyanın diqqət mərkəzində olan  Çinә sәfәr edib.

Dünyanın ən çox inkişaf etmiş ölkələrinin liderlərini bir araya gətirən G20 sammiti  bu ölkənin ev sahibliyindә keçirilib.

Dövlәt başçısı  Ərdoğan Türkiyə adından G20 sammitinә qatılıb və bir-birindən mühüm görüşlər keçirib.

Ərdoğan Latın Amerikası turu çәrçivәsindә  Çili, Peru və Ekvadoru ziyarət edib.

Dövlәt başçısı  Afrika qitəsindəki  bir çox ölkəyə dә  rəsmi səfər edib.

Bu ölkələr  Kot-d’İvuar, Qana , Nigeriya, Qvineya, Uqanda,  Keniya və Somali olub.

Dövlәt başçısı ölkә daxilindә dә bir çox şәhәrdә olub vә xalqla bir araya gәlib.



Әlaqәli Xәbәrlәr