Əminə xanım Ərdoğan, dünya liderlərinin xanımlarına məktub yazıb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan, dünya ölkələrinin birinci xanımlarına məktub yazaraq, Suriyadakı insanlıq dramına diqqət çəkib.

638022
Əminə xanım Ərdoğan, dünya liderlərinin xanımlarına məktub yazıb

“Suriya üçün gözyaşı tökmək kifayət deyil. Kəskin tədbirlərə zərurət var” deyən Əminə xanım Ərdoğan dünya liderlərinin xanımlarından, beynəlxalq cəmiyyətin lazımlı addımları atmalarının təmini üçün dəstək istəyib.

Məktubunda, Suriyada 5 ildə 600 mindən çox insanın qətl edildiyini, 7 milyon insanın evini, 5 milyon nəfərin də ölkəsini tərk etmək məcburiyyətində qaldığını xatırladan Əminə xanım Ərdoğan: “Kimyəvi silahların belə istifadəsindən imtina edilməyən qarşıdurmalarda, uşaqlar, qadınlar və dinç sakinlər öldürülür. Bu izdirab və kədər ürəklərimizi parçalayır. Türkiyə, qarşıdurmalar səbəbiylə ölkəsini tərk edən 3 milyon insana ev sahibliyi edir. Lakin beynəlxalq cəmiyyət bu vəziyyətə biganə qalmaqda davam edir. Suriya üçün gözyaşı tökmək kifayət etmir. Daha güçlü tədbirlərə zərurət olduğu aşkardır. Sizlərin bu mövzuda beynəlxalq cəmiyyəti hərəkətə keçirmək üçün lazımlı addımları atacağınıza inamım tamdır” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr