Türkiyənin ikinci prezidenti İsmət İnönü vəfatının 43-cü ildönümündə yad edildi

Yadetmə mərasiminə Cümhuriyyət Xalq Partiyasının Sədri (CHP) Kamal Kılıçdaroğlu və inkişaf naziri Lütfi Əlvan da qatıldılar.

637354
Türkiyənin ikinci prezidenti İsmət İnönü vəfatının 43-cü ildönümündə yad edildi

Türkiyənin ikinci prezidenti İsmət İnönü vəfatının 43-cü ildönümündə yad edildi.
 
 Yadetmə mərasiminə Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu və inkişaf naziri Lütfi Əlvan da qatıldılar.
 
 Anıtqəbirdə keçirilən yadetmə mərasimində heyət Aslanlı Yoldan keçərək, əvvəl Atanın hüzuruna çıxdı.
 
 Heyətdə Kılıçdaroğlu və Əlvanla yanaşı, Türkiyə Böyük Millət Məclisinin  sədr müavini Akif Hamzaçebi, Türkiyə Silahlı Qüvvələrinn Baş Qərargah ikinci rəisi ordu generalı Ümid Dündar və İnönü ailəsi vardı.
 
 Prezident  Aparatı adından mərasimə qatılan baş katib müavini Nadir Alpaslan mavzoleyə əklil qoydu.
 
 Bir dəqiqəlik sükutdan sonra İsmət İnönü məzarının başında yad edildi
 
 Mərasim başa çatdıqdan sonra CHP lideri Kılıçdaroğlu tələbələrin xahişi ilə onlarla şəkil çəkdirdi.



Әlaqәli Xәbәrlәr