Rəcəb Tayyib Ərdoğan: "Zülmün olduğu yerdə biz də varıq"

Bu sözləri Türkiyə prezidenti İstanbulda Sosial Müdafiə Qurumu Mərkəzinin açılışında söylədi.

637194
Rəcəb Tayyib Ərdoğan: "Zülmün olduğu yerdə biz də varıq"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda həm iqtisadiyyata, həm də xarici siyasətə dair əhəmiyyətli açıqlamalar verdi.

 Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEIK)  toplantısında çıxış edən prezident : "Türkiyəni 1 trilyon dollarlıq xarici ticarət, 2 trilyon dollarlıq milli gəlirlə, dünyanın ən böyük 10 iqtisadiyyatından biri olma hədəfinə ancaq  birlikdə çalışaraq çata bilərik. 2023-cü il hədəflərimizə ən səmimi şəkildə sahib çıxan kütlələrin başında iş adamlarımız, xüsusilə də DEİK üzvlərimiz gəlir" dedi.
 
Türkiyə prezidenti: "Bu gün sərhədlərimiz daxilindəki və xaricdəki terror təşkilatları ilə necə  mübarizə ediriksə, iqtisadiyyatımıza yönəlmiş hücumlar qarşısında da eyni qətiyyəti göstərmək məcburiyyətindəyik.Türkiyənin iqtisadiyyatına qarşı hücumların dəf olunması məsələsində dövlətlə birlikdə sizlərə də çox (iş dünyasına) əhəmiyyəti vəzifələr düşür. Bu kritik dövrdə sərmayələrini, layihələrini, səylərini gecikdirən hər kəs mənim nəzərimdə iqtisadiyyatımıza hücum edənlərlə eyni cərgədədir.Hökumətimiz, iş dünyamıza, əsnaflarımıza, sənətkarlarımıza vergi güzəştlərindən tutmuş kredit rahatlığına qədər bir çox əlavə dəstək verib və verməyə də davam edəcək. Bunun əvəzində iş dünyamızdan yeganə gözləntmiz iqtisadiyyatın çarxlarını sürətləndirməsi, bazarı hərəkətə gətirməsidir. Bu baxımdan milli səfərbərlik deyirəm, Bunu boş yerə demirəm. Mənim milli səfərbərlik dediyim şey "əlinə silahını al, küçəyə çıx" deyil. Milli səfərbərlik budur. Bu ölkəyə yatırımlar lazımdır, bizim başqa çarəmiz yoxdur. Əgər ən çətin şərtlərdə sərmayələr qoyularsa, bu ölkə çökdürülə biliməz. Bir az əvvəl içəri girərkən bir qardaşım dedi ki, 100 milyon dolları Türk lirəsinə dəyişib. Məsələ budur. Sərmayə qoysaq, bu ölkənin belini qıra bilməzlər, qıra bilməyəcəklər də". deyə danışdı.

Prezident Ərdoğanın İstanbuldakı sonrakı dayanacağı Maltəpə oldu.
 
 Prezident burada  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul dövlət çevrilişi cəhdində oğlu ilə birlikdə şəhid olan yaxın dostu Erol Olçokun adının verildiyi Sosial Müdafiə Qurumu Mərkəzinin açılışında iştirak etdi.
 
Ərdoğan buradakı çıxışında "Fərat Qalxanı" əməliyyatına diqqət çəkərək: "Biz  Suriyada oradakı qardaşlarımızla birlikdə öz istiqlalımız və gələcəyimiz uğrunda mübarizə edirik. İndi Əl Babdayıq və Əl Bab dörd bir tərəfindən mühasirə edilmiş vəziyyətdədir. Oraya əsl sahibləri gəlib yerləşəcək. Zülmün olduğu yerdə biz də varıq. Biz Suriyanıın şimalını  terrordan təmizlənmiş etibarlı bölgə elan edəcəyik. Suriyanın şimalında yenidən bir dövlət qurulmasına imkan verməyəcəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr