Rəcəb Tayyib Ərdoğan xristian dünyasını Milad bayramı münasibətilə təbrik etdi

"Bütün məzlumlara heç bir ayrı-seçkilik güdmədən qucaq açmağa davam edirik"

637066
Rəcəb Tayyib Ərdoğan xristian dünyasını Milad bayramı münasibətilə təbrik etdi

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xristianlara Milad bayramı münasibətilə təbrik müraciətində bildirib.
 
Təbrik müraciətində Anadolu torpaqlarında yüzillərlə hökm sürən sülh və əmin-amanlıq şəraitinin fərqlilikləri zənginlik kimi görən, qarşılıqlı hörmət və sevgiyə əsaslanan, din, dil və irq ayrı-seçkiliyi etməyən qədim ənənənin məhsulu olduğunu bildirən Ərdoğan: " Bu köklü ənənənin nümayəndələri olan bizlər, bu gün də müharibə, zülm və təzyiqdən qaçan bütün məzlumlara heç bir fərq qoymadan qucaq açmağa davam edirik. Minillərlə davam edən dövlətçilik ənənəmiz, maddi və mənəvi ölçüləri ilə bütün insanlığa nümunə olan möhtəşəm mədəniyyətimiz, müxtəlif inanc və ənənələrin keçmişdə olduğu kimi günümüzdə də bu coğrafiyada sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamalarına imkan yaradır" ifadələrini işlətdi.
 
 Fərqli məzhəb, ənənə və kilsələrə mənsub xristian vətəndaşların  Milad bayramlarının, yardımlaşma və həmrəylik atmosferinin inkişafına vəsilə olmasını diləyən Ərdoğan başda Türkiyənin xristian vətəndaşları olmaqla, bütün xristian aləminin Milad bayramını təbrik etdi.



Әlaqәli Xәbәrlәr