İsmail Kahraman Azәrbaycana sәfәr edib

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Azərbaycana sәfәr edib.

635441
İsmail Kahraman Azәrbaycana sәfәr edib

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Azərbaycana sәfәr edib.

İsmail Kahraman Türkdilli Ölkələrin Parlament Assambleyası TÜRKPA-nın yeni  binasının açılış mərasimində iştirak edəcək.

Dünən axşam saatlarında Azәrbaycanın paytaxtı  Bakıya gedən İsmayil Kahraman  Heydәr  Əliyev hava limanında Azərbaycan Milli Məclis sədrinin müavini  Valeh Ələsgərov, Türkiyənin Bakıdakı sәfiri Erkan Özoral və digər rəsmi şəxslər tәrәfindәn  qarşılanıb.

İsmail Kahraman daha sonra  Azərbaycan Milli Məclisində qonaq Məclis sәdrlәri şərəfinə verilən ziyafətdə iştirak edib.

İsmail Kahraman görüşlәri  çərçivəsində Qazaxıstan parlamentinin sədri Nurlan Nigmautlin və Qırğızıstan məclis sədri Çınıbay Tursunbekovla bir araya gələcək.

Qeyd edәk ki, İsmail Kahraman sәfәri çәrçivәsindә Azәrbaycan prezidenti İlham Әliyev tәrәfindәn dә qәbul edilәcәk, hәmçinin parlament sәdri Oqtay Әsәdov vә Baş nazir Artur Rasizadә ilә görüşәcәk.



Әlaqәli Xәbәrlәr