Rəcəb Tayyib Ərdoğan Angela Merkelə başsağlığı verdi

Türkiyə prezidenti başda qurbanların ailələri olmaqla, Almaniyanın acılarını bölüşdüyünü qeyd edərək, yaralılara şəfa dilədi.

634679
Rəcəb Tayyib Ərdoğan Angela Merkelə başsağlığı verdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkelə zəng edərək, ona və onun simasında Alman xalqına Berlindəki terror hücumu ilə əlaqədar başsağlığı verdi.
 
 Prezident Aparatından verilən məlumata görə, Ərdoğan telefon görüşündə Berlində hücum nəticəsində 12 nəfərin həyatını itirməsinə görə dərin kədərini ifadə edib.
 
 Ərdoğan başda qurbanların ailələri olmaqla, Almaniyanın acılarını bölüşdüyünü qeyd edərək, yaralılara şəfa diləyib.
 
 Prezident Ərdoğan eyni zamanda,  Hələbdəki təxliyə prosesi və humanitar yardımlar məsələsi ilə bağlı Merkeli məlumatlandırıb.

Bu arada, terror təşkilatı DEAŞ Berlində Milad bazarında 12 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti üzərinə götürdü.
 
 Şübhəli olaraq nəzarətə alınan Pakistan əsilli bir nəfər isə dəlil çatışmazlığı səbəbindən sərbəst buraxıldı.
 
 TIR-da ölü olaraq tapılan və onun əsl sürücüsü olduğu təxmin olunan bir nəfərin də Polşa vətəndaşı olduğu bildirildi.
 
 Hücumla bağlı istintaq davam edir.

Rəsmilər  xalqa yeni bir hücum ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.
 
 Digər tərəfdən, Kölndəki mərkəzi qatar stansiyası, anonim bomba məlumatı səbəbindən boşaldıldı.
 
 Aparılan axtarış işləri nəticəsində məlumatın əsassız olduğu məlum oldu.
.



Әlaqәli Xәbәrlәr