“Türk millətini bölməyə heç kəsin gücü çata bilməz”, R.T. Ərdoğan

Ərdoğan “Avrasiya tuneli”nin açılış mərasimində çıxış edib.

634540
“Türk millətini bölməyə heç kəsin gücü çata bilməz”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk millətini bölməyə heç kəsin gücünün çata bilməyəcəyini söyləyib.

Ərdoğan “Avrasiya tuneli”nin açılış mərasimində çıxış edərək deyib ki, Türkiyə iki qitəni bir-birinə bağlayan nadir ölkələrdən biridir. Belə nadir bir ölkənin, həmin zamanda bir İstanbul şəhərinin mənsublarıyıq. Bu şəhər həqiqətdən uğruna bir çox şey fəda edilə biləcək bir şəhərdir. Avrasiya tunelinin təməlini Asiya qitəsində qoymuşduq. Çox şükür, indi açılışını Avropada edirik. Bu bizim üçün böyük bir xoşbəxtlikdir.

Çıxışında məruz qaldığı silahlı hücumda həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ölümündən duyduğu kədəri də dilə gətirən dövlət başçısı bildirib ki, Rusiya ilə əlaqələrimizin pozulmasına, ziyan görməsinə əsla icazə verməyəcəyik. Hadisə hər cəhəti ilə araşdırılacaq və həqiqətlər ortaya qoyulacaqdır.

Ərdoğan Suriya başda olmaqla Rusiya ilə inkişaf etməkdə davam edən əməkdaşlıq sahələrinin bu sui-qəsd hadisəsindən təsirlənməyəcəyi barədə cənab Putinlə həmfikir olduqlarını bildirib.

Terrora qarşı Türkiyənin mübarizəsinin davam etdiyinə diqqət çəkən dövlət başçısı onu da vurğulayıb ki,  terrorun bizi öz gündəminə əsir etməsinə icazə vermədik, bundan sonra da bu mövqeyimiz davam edəcəkdir. Onun üçün bugün Avrasiya Tunelinin açılış mərasimini təxirə salmadıq.  Bunun terrora qarşı ən düzgün və ən təsirli mövqe olduğuna inanırıq.

Terrorun gücünün Türkiyəni bölməyə kifayət etməyəcəyini vurğulayan Ərdoğan “İstədiyiniz qədər terror əsdirin, istədiyiniz qədər xainləri bir araya gətirin, bu milləti bölə bilməyəcəksiniz, bu milləti parçalaya bilməyəcəksiniz.” deyə bildirib.



Әlaqәli Xәbәrlәr