Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin  arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan və  Rusiya prezidenti Vladimir Putin  arasında telefon danışığı olub.

632962
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin  arasında telefon danışığı olub

 Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan və  Rusiya prezidenti Vladimir Putin  arasında telefon danışığı olub.

Әldә olunan mәlumata görә, telefon danışığı zamanı tərəflər Suriyanın Hələb şəhərindən insanların təxliyəsi ilə bağlı ziddiyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Tərəflər həmçinin əhalini humanitar yardımla təmin etmək üçün səylərin artırılması, Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılmasının vacibliyini qeyd ediblər. Məlumata görə, Putin və Ərdoğan həmçinin Astanada Suriya hökumət və müxalifət nümayəndələri arasında görüşün keçirilməsini müzakirə ediblər.

V. Putin  görüş zamanı  Kayseridə  törədilən  terror hücumunu pisləyib və  Türk xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr