Ərdoğan:"Hələbdəki atəşkəs günahsız insanlar üçün son ümiddir"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" hesabında Hələbdəki təxliyyə prosesi barədə Türk, ərəb və ingilis dillərində  şərh yazdı.

632236
Ərdoğan:"Hələbdəki atəşkəs günahsız insanlar üçün son ümiddir"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyanın Hələb şəhərindəki atəşkəsin günahsız insanlar üçün son ümid ola biləcəyini söylədi.
 
 Prezident Ərdoğan rəsmi "Twitter" "RT_Erdogan" hesabında Hələbdəki təxliyyə prosesi barədə Türk, ərəb və ingilis dillərində  şərh yazdı
 
 Ərdoğan şərhində: "Türkiyənin gərgin səylərilə Hələbdə əldə olunan atəşkəsin və təxliyyələrin davamı Hələbdəki günahsız insanlar üçün bəlkə də son ümiddir. Bütün tərəfləri və beynəlxalq cəmiyyəti bu atəşkəsə riayət etməyə və təxliyyə prosesinə dəstək olmağa dəvət edirəm. Türkiyə Hələb xalqını tək qoymadı, qoymayacaq da. Nəyin bahasına olursa olsun, tək bir insanı xilas etmək üçün belə əlimizdən gələni edəcəyik" yazdı.



Әlaqәli Xәbәrlәr