Kayseri hücumunu törədənin şəxsiyyəti müəyyənləşdi

Daxili işlər naziri Süleyman Soylu hadisə ilə əlaqədar 7 nəfərin saxlanıldığını, 5 nəfərin isə axtarışda olduğunu bildirdi.

632602
Kayseri hücumunu törədənin şəxsiyyəti müəyyənləşdi

Kayseridəki xain hücumu törədənin şəxsiyyəti müəyyənləşdi.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə ilə əlaqədar 7 nəfərin saxlanıldığını, 5 nəfərin isə axtarışda olduğunu bildirdi.

Şəhərdə səhər erkən saatlarda həftə sonu istirahətinə çıxan əsgərləri daşıyan avtobusa bomba yüklü maşının hücumu nəticədində 13 əsgər şəhid olub, aralarında mülki vətəndaşlar olmaqla 56 nəfər yaralanıb.

12 yaralı intensiv terapiya şöbəsindədir. 6 yaralının vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar istintaq işi başlayıb, 6 prokuror təhqiqata cəlb olunub.

 


Etiketlәr: #Kayseri , #hücum , #əsgər

Әlaqәli Xәbәrlәr