Hulusi Akar: "Mübarizəmiz ən son terrorçu məhv edilənə qədər əzmlə davam edəcək"

Türkiyə rəsmiləri bu səhər Kayseridə 13 əsgərin şəhid olduğu, 48-nin də yaralandığı bombalı terror hücumuna dair açıqlamalar verirlər.

632416
Hulusi Akar: "Mübarizəmiz ən son terrorçu məhv edilənə qədər əzmlə davam edəcək"

Türkiyə baş nazirinin müavini  Numan Kurtulmuş  "Twitter" hesabından Kayseridəki terror hücumuna dair verdiyi açıqlamada "qəddar" olaraq səciyyələndirdiyi təcavüzü lənətlədi.
 
 Şəhidlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara da ttezliklə şəfa diləyən Kurtulmuş "Millətimiz bir olacaq, birləşəcək. Terrora boyun əyməyəcəyik. Terror qarşısında diz çökməyəcəyik"  İfadələrini işlətdi.
 
 Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar da, terrorla mübarizənin əzm və qətiyyətlə davam edəcəyini bildirdi.
 
 Kayseridə həftə sonu istirahətinə çıxan əsgərləri daşıyan özəl xalq avtobusuna edilən hücumdan  sonra Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar açıqlama verdi.
 
 Baş qərargah rəisi 13 əsgərin şəhid olduğu, 48-nin də yaralandığı bombalı terror hücumundan sonra verdiyi açıqlamada; "Ölkə daxilində və xaricdə terrorla mübarizəmiz, ən son terrorçu məhv edilənə qədər artan bir əzm və qətiyyətlə davam edəcək" dedi.
 



Әlaqәli Xәbәrlәr