Xaricdə yaşayan Türkiyə vətəndaşları İstanbul terrorunu lənətlədilər

İstanbulda törədilən xain terror hücumu xaricdə yaşayan Türkiyə vətəndaşlarının da hiddətinə səbəb olub.

629069
Xaricdə yaşayan Türkiyə vətəndaşları İstanbul terrorunu lənətlədilər

İstanbulda törədilən xain terror hücumu xaricdə yaşayan Türkiyə vətəndaşlarının da hiddətinə səbəb olub.
 
 Sosial media vasitəsilə təşkilatlanaraq əllərində Türk bayraqları ilə Almaniyanın Köln şəhərindəki  Ebert Meydanında toplanan vətəndaşlar İstiqlal Marşı oxudular, Türk və alman dillərində terroru lənətləyən şüarlar səsləndirdilər.
 
Etirazçılar terrorun bütün təzahürlərini kəskin şəkildə pislədilər, terror hücumlarında şəhid olanlar üçün dualar oxudular.
 
 Terror hücumu İsveçrənin Sürix şəhərində də "Hamımız Polisik"  başlığı ilə keçirilən terroru qınama mitinqində lənətləndi.
 
 Türkiyənin Sürix Baş Konsulluğunun qarşısında toplanan Türkiyə vətəndaşları əllərində Türk bayraqlarını dalğalandıraraq təcavüzü şiddətlə qınadılar.
 
 Mitingdə  Türkiyənin Sürix Baş Konsulluğundan Konsul Abuzər Kosa, Ümumdünya Türk İş Şurası Avropa Bölgəsi  Komitəsinin sədri Suat Şahin, MÜSİAD sədri Cəsur Çıtak və İsveçrə Türk Cəmiyyətinin sədri Levent Karaağaç  çıxış etdilər.
 
 Azərbaycanın paytaxtı Bakıda da, terror hücumunu pisləyən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı Səfirliyi qarşısında toplaşdılar.
 
 Bakı Müharibə Əlil və Veteranlar İctimai Birliyinin sədri Fuad Rzayev: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu gün Türkiyənin arxasındayıq" dedi.
 
 Türkiyənin Bakı Səfirliyində və konsulluqlarda  bayraqlar yarıya endirilib.



Әlaqәli Xәbәrlәr