‘‘Terrora verəcəyimiz ən gözəl cavab qardaşlığımızı gücləndirməkdir"

Ədalət və İnkişaf  partiyasının sədri və baş nazir  Binәli Yıldırım  CHP-nin sədri Kamal Kılıçdaroğlu və MHP-nin sədri Dövlət Bağçalı ilə terror hücumlarını müzakirə etmək üçün sabah Çankaya Köşkündə bir araya gələcək.

629326
‘‘Terrora verəcəyimiz ən gözəl cavab qardaşlığımızı gücləndirməkdir"

Ədalət və İnkişaf  partiyasının sədri və baş nazir  Binәli Yıldırım  Cümhuriyyət Xalq partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat partiyasının sədri (MHP) Dövlət Bağçalı ilə terror hücumlarını müzakirə etmək üçün sabah Çankaya Köşkündə bir araya gələcək.

Mәlumata  görә liderlәr sabah saat 10.30-da görüşәcәk.

Qeyd edәk ki, Әdalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq partiyası vә Milliyyətçi Hərəkat partiyası  birgə bəyanat verərək  dekabrın 10-da İstanbulda törәdilәn terror hücumunu lәnәtlәmişdi.

3 partiyanın imza atdığı birgə mətndə bu ifadәlәrә yer verilib: ‘‘ Bu hücumu törәdәnlәr bilsin ki,  əziz millətimizin birlik və bərabərliyi  pozulmayacaq  əksinə daha da güclənəcək. Terrora verəcəyimiz ən gözəl cavab  qardaşlığımızı daha da gücləndirməkdir"



Әlaqәli Xәbәrlәr