Xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası davam edir

İstanbulda həyata keçirilən xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası davam edir.

628276
Xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası davam edir

İstanbulda həyata keçirilən xain terror hücumuna beynəlxalq ictimaiyyətin reaksiyası davam edir.

Qətər Əmiri Şeyx Bin Haməd Al Sani və Fələstin Dövlət rəhbəri Mahmud Abbas ilə “Həmas”ın siyasi büro sədri Xalid Meşal Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək İstanbuldakı terror hücumu ilə əlaqəli baş sağlığı veriblər.

Almaniya kansleri Angela Merkel də Dövlət başçısı Ərdoğana zəng edərək, hücumdan dərin kədər duyduqlarını və Türkiyə ilə həmrəy olduqlarını bildirib.

Yunanıstanın Baş naziri Aleksis Çipras da Baş nazir  Binəli Yıldırıma zəng edərək, başda hücumda həyatını itirənlərin yaxınları olmaqla bütün Türk xalqına və hökumətinə başsağlığı verib.

Kosova, İordaniya və İspaniyanın xarici işlər nazirləri də Xarici İşlər naziri Mövlud Çavuşoğluna zəng edərək, xain terror hücumunu pisləyiblər və terrora qarşı Türkiyə ilə həmrəy olduqlarını ifadə ediblər.



Әlaqәli Xәbәrlәr