İsmayil Kahraman : ''Bu xain  hücüm  hamımızı kәdәrlәndirdi’’

Xarici İşlәr nazi Mövlud Çavuşoğlu da verdiyi bәyanatda bildirib ki: ‘‘Hücumda şəhid olanlara Allahdan rəhmət, yaralananlara təcili şəfalar diləyirәm. Bu xain hücumu törәdәnlәrin ohdәsindәn gәlәcәyik’’

628050
İsmayil Kahraman : ''Bu xain  hücüm  hamımızı kәdәrlәndirdi’’

 Türkiyə Böyük Millət Məclisinin sәdri  İsmayil Kahraman  Türkiyəni qana bulayan separatçı vә  xain terrorçuların dünәn qanlı terror aktı törәtdiklәrini  bildirәrәk: ‘‘ Törәdilәn  bu xain hücum nәticәsindә 38 övladımız şәhid  oldu, 155 vәtәndaşımız  da yaralandı. Bu  xain  hücüm  hamımızı kәdәrlәndirdi’’ deyә bildirib.

Xarici İşlәr nazi Mövlud Çavuşoğlu da verdiyi bәyanatda bildirib ki: ‘‘Hücumda şəhid olanlara Allahdan rəhmət, yaralananlara təcili şəfalar diləyirәm. Bu xain hücumu törәdәnlәrin ohdәsindәn gәlәcәyik’’

Ədliyyə naziri Bekir Bozdağ  verdiyi açıqlamada, Türkiyәnin   terror, terror təşkilatları, terrorçular və bunların arxasındakı  güclərlə  sonunadәk  mübarizə etmәyә davam edәcәyini bildirib.

Bekir  Bozdağ  hәmçinin xain terror hücumu nәticәsindә  şəhid olanlara Allahdan rəhmət, yaxınlarına və millətə başsağlığı, yaralılara isə şəfa diləyib.

Enerji və Təbii Sәrvәtlәr naziri Berat Albayrak  İstanbulda törәdilәn xain hücumu  lәnәtlәyib.

Berat Albayrak verdiyi açıqlamada: ‘‘Terrorrun hәr növünә qarşı  sonunadәk mübarizә aparacağıq. Bu xain  tәşkilatlar hәdәflәrinә nail ola bilmәyәcәklәr.Ölkәmizi  bölә bilmәyәcәklәr, millәtimizi qorxuda bilәmәcәklәr’’ deyib.

Dini İşlәr  İdarәsinin rәhbәri Mehmet Görmәz dә hәyata keçirilәn terror aktını pislәyib.

O, verdiyi açıqlamada: ‘‘Şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralanan  qardaşlarımıza təcili şəfalar diləyirəmr’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr