Ərdoğan "Dolları Türk Lirəsinə Dəyişin" kampaniyasını alqışladı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xarici valyutaların Türk Lirəsinə (TL) dəyişdirilməsi ilə bağlı addımları məmnuniyyətlə qarşıladığını, lakin bunun məqbul miqyasda həyata keçirilmədiyini söylədi.

627214

 İstanbulda jurnalistlərin suallarını cavablandıran Ərdoğan xalqın son bir həftədə valyutadan TL-yə keçid istiqamətindəki seçimini alqışladığını bildirdi.
 
 Ərdoğan:" Amma bu kikayət edərmi? Məncə etməz. Hörmətli baş nazirimizin də dövlətin fövqəladə bir vəziyyət olmadığı təqdirdə TL ilə addımın atacağını söyləməsi də bizi rahatladacaq" dedi.
 
 İran və Çin rəhbərlikləri ilə ticarətin yerli valyutalar ilə aparılmasına dair danışıqları xatırladan prezident: " İran və Çin buna müsbət baxdılar. Bunu etsək milli pullarımız məzənnə təzyiqindən xilas olar" ifadələrini işlətdi.
 
 Xalqın artıq sələm lobisinə də imkan verməməsini  istəyən Ərdoğan bundan sonrakı prosesdə Türkiyə Mərkəzi Bankının və dövlət banklarının daha həssas davranacağına inandığını bildirdi.

Әlaqәli Xәbәrlәr