“Millət oyunları pozdu, baş əymədiyini göstərdi”, S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu millətin Türkiyə üzərində oynanan oyunları pozduğunu, iqtisadiyyatımızın zəifləməsi üçün edilən hücumlara da baş əyməyəcəyini söyləyib.

626663
“Millət oyunları pozdu, baş əymədiyini göstərdi”, S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu millətin Türkiyə üzərində oynanan oyunları pozduğunu, iqtisadiyyatımızın zəifləməsi üçün edilən hücumlara da baş əyməyəcəyini söyləyib.

Van şəhərində görüşlər keçirən nazir bildirib ki, ölkənin necə bir prosəslə qarşı-qarşıya olduğu millətin məlumudur. Fətullahçı Terror Təşkilatı Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdində millət bərabər olmayan bir güclə qarşılaşdığı zaman necə baş əymədiyini hərkəsə göstərdi. Bu iradə Türkiyənin hər yərində, her məydanında ortaya qoyuldu.

Türkiyənin ilk dəfə iqtisadiyyatının zəiflədilməsi oyunu ilə qarşılaşmadığını vurğulayan nazir qeyd edib ki, 27 apreldə, “Gəzi” hadisələrində, 17-25 dekabrda, 6-7 oktyabr hadisələrində və 17 iyulda cəsur mövqe nümayiş  etdirən millət azadlığına, demokratiyasına və Dövlət başçısı Ərdoğana yiyə durduğu kimi indi də iqtisadiyyatımıza edilən hücumlar qarşısında baş əyməyəcəkdir.  

Nazir terror taşkilatları DEAŞ, PKK, FETÖ və DHKP-C-nin eyni mənbədən qidalandıqlarını sözlərinə əlavə edib.

Daxili İşlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisinin sədr vəkili Ayşənur Bahçəkapılının Almaniyada hava limanında gözlədilməsi məsələsinə də münasibət bildirərək deyib ki, Almaniya uyğun olmayan rəftar etmişdir. Türkiyə şərəfi ilə qüruru ilə sınağa çəkiləcək bir ölkə deyildir. Qərbi heç vaxt özümüzə düşmən kimi görmədik, amma baş verən bu hadisələrdən sonra başa düşürük ki onlar bizə bizim baxdığımız gözlə baxmırlar. Bizim hədəfimiz məlumdur; Türkiyəni bəşəriyyət üçün dünyanın ən böyük 10 dövlətindən biri səviyyəsinə çıxarmaq.

Terrorla mübarizə mövzusunda da qərb dünyasının dəqiq bir mövqe ortaya qoymadığını bildirən nazir bu sahədə Türkiyənin qətiyyətli mübarizənin davam etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr