“Enerji ticarətində Türk lirəsinə keçiləcək”,B. Albayrak

Büdcə müzakirələrində enerji müqavilələrinə dair maraqlı açıqlamalar verildi.

626655
“Enerji ticarətində Türk lirəsinə keçiləcək”,B. Albayrak

Büdcə müzakirələrində enerji müqavilələrinə dair maraqlı açıqlamalar verildi.

Türkiyə Böyük Millət Məclisində  keçirilən büdcə müzakirələrində enerji müqavilələrinə dair maraqlı açıqlamalar diqqət mərkəzində oldu.

Enerji və Təbii Sərvətlər naziri Bərat Albayrak enerji ticarətində Türk lirəsinə keçiləcəyini söyləyib.

Türkiyənin enerji siyasətlərində yeni dövrdə enerji ticarəti olan ölkələrlə milli valyuta ilə bazarlığın başlamasının önəmli addım olacağını vurğulayan nazir deyib ki, Türkiyə Rusiya ilə təbii qaz ticarətində Türk lirəsinə keçiş üçün fəaliyyət başlatdı. Enerjinin Türkiyənin inkişafı və iqtisadiyyatda məşğulluq prosesinə verdiyi töhfə çox mühümdür. Ölkənin inkişafında hər zaman kifayət səviyyədə və aşağı xərclə elektirik enerji istehsal edilməsi üçün səy göstəririk.

Oktyabr ayında Dünya Enerji Konqresi vasitəsi ilə Rusiya ilə çox önəmli olan “Türk axını” layihəsinə dair müqavilə imzalandığını vurğulayan Bərat Albayrak bildirib ki, Rusiya ilə təbii qaz sahəsində asılılıq çərçivəsində bir artım olmadı. Əksinə “Qərb axımı”ndan Türkiyəyə tədarük edilən qazın aradakı ölkələrin üzərindən keçərək, artıq birbaşa istehsalçıdan Türkiyəyə gəlməsi nöqtəsində ehtiyat təhlükəsizliyinə imkan yaradıldı.



Әlaqәli Xәbәrlәr