Sabiq Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Sezgin vəfat edib

Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan İsmət Sezgin 88 yaşında  dünyasını dəyişib.

625861
Sabiq Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Sezgin vəfat edib

Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan İsmət Sezgin 88 yaşında  dünyasını dəyişib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Kahraman  və Cümhuriyyәt Xalq Partiyasının sәdri  Kamal Kılıçdaroğlu  İsmәt Sezginin vәfat etmәsi ilә әlaqәdar  başsağlığı verib.

 Dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğan  İsmət Sezginin qızı  Seynan Levent ilə  telefon әlaqәsi saxlayaraq  başsağlığı  verib. Dövlәt başçısı İsmәt Sezginә Allahdan rәhmәt, ailәsi vә yaxınlarına sәbr dilәyib.

Türkiyə Böyük Millət Məclisinin sәdri İsmail Kahraman da İsmәt Sezginin qızı  Seynan Levent ilә telefon әlaqәsi saxlayaraq başsağlığı verib.

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal  Kılıçdaroğlu bölüşdüyü başsağlığı mesajında bu ifadәlәrә yer verib: ‘‘Cәnab İsmәt Sezginin vәfat etmәsi ilә bağlı xәbәr mәni dәrindәn kәdәrlәndirdi’’

 



Әlaqәli Xәbәrlәr