M.Çavuşoğlu Hamburqda Türk qeyri-hökumәt tәşkilatlarının nümayәndәlәri ilә görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  (ATƏT) nazirlər şurasının iclasından әvvәl  Almaniyanın Hamburq şəhərində Türk qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir araya gəlib.

625817

 Almaniyada terror fəaliyyətlərindən və terrorçuların yaşamasından narahat olduqlarını qeyd edən Mövlud Çavuşoğlu  Almanyadakı separatçı terror təşkilatı PKK, Fәtullahçı terror təşkilatı PKK, Fetullahçı Terror Təşkilatı (FETÖ) və terror tәşkilatı  DHKP-C ilə bağlı 4500 məhkəmə və istintaqın әn qısa zamanda  nəticələnməsini istədiklərini deyib.

 Avropada artan irqçilik və İslamofobiyaya da  diqqət çəkən Mövlud Çavuşoğlu  bunun  Avropanın dəyərlərini yox  etməyə başladığını deyib.

Mövlud Çavuşoğlu hәmçinin Türkiyәnin  Avropanın  iqtisadiyyatına, xarici siyasətinə və təhlükəsizliyinə mühüm töhfələr verə bilәcәyini vurğulayıb.

Xarici işlər naziri Mövlud  Çavuşoğlu Türkiyə olaraq ikitərəfli münasibətləri, regional əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışdıqlarını da sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr