İbrahim Kalın:"Rejim Hələbdə humanitar və hərbi cinayət törətməyə davam edir"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın noyabrın 24-də Suriyanın Əl Bab bölgəsində Türk əsgərlərinə edilən hücumun rejim tərəfindən həyata keçirildiyini bildirdi.

626370
İbrahim Kalın:"Rejim Hələbdə humanitar və hərbi cinayət törətməyə davam edir"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Prezident Sarayında keçirdiyi mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı danışdı və jurnalistlərin suallarını cavablandırdı.

 Avqustun 24-də başlayan "Fərat Qalxanı" əməliyyatının planlaşdırıldığı kimi və qərarlı bir şəkildə davam etdiyini qeyd edən Kalın: "Əl Babda  DEAŞ terrorçularının çox olması səbəbindən burada çox diqqətlə hərəkət edilməlidir. Təqribən 1800 kvadrat kilometrlik bir ərazi Cerablustan Azezə və Azezin cənubuna, Əl Bab bölgəsinə qədər terrordan tamamilə təmizlənib. Bölgədəki əsgərlərimizə   Suriya rejimi tərəfindən hücum edilib. Bu məsələ ilə əlaqədar əlimizdəki məlumatlar belədir. Bu da rejimin Suriyada, Hələbdə, Əl Babda və bütün digər  bölgələrdə əsl niyyətinin nə olduğunu açıq bir şəkildə yenidən ortaya qoyur" dedi.
 
 Kalın Hələbdə baş verən hadisələrin  ciddi narahatlıqlar doğurduğunu qeyd edərək: "Rejim Hələbdə açıq şəkildə humanitar və hərbi cinayət törətməyə davam edir. Rejimin başındakı adamın bu gün mətbuatda əks olunan açıqlamalarından da gördüyümüz kimi, rejim heç bir atəşkəsə açıq deyil" şəklində danışdı.
 
 İbrahim Kalın Başika düşərgəsi ilə əlaqədar olaraq:  "Düşərgə orada DEAŞ-la mübarizə çərçivəsində iraqlılara kömək etməyə, dəstək verməyə davam edir.  Düşərgənin hüquqi statusu məsələsi ilə bağlı  müzakirələr davam edir" dedi.
 
Prezident sözçüsü Avropa İttifaqı ilə son dövrdə yaşanan gərginliyikdən də danışdı.
 



Әlaqәli Xәbәrlәr