“Lozannanı istəmirsə, Sevri verək” sözlərinə Türkiyədən sərt təpki

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Milli Müdafiə naziri Panos Kammenosun Rəcəb Tayyib Ərdoğanla bağlı sözlərinə sərt reaksiya verdi.

622785
“Lozannanı istəmirsə, Sevri verək” sözlərinə Türkiyədən sərt təpki

  Açıqlamada deyilir: "Prosesləri sağlam fikirli dünyagörüşlə qiymətləndirmə və ifadəetmədən məhrum olan Yunanıstan Milli Müdafiə nazirinin 1 dekabrda hörmətli dövlət başçımıza qarşı işlətdiyi ifadələri qeyri-etik hesab edirik… Yunanıstan Milli Müdafiə nazirinin hərəkəti iki ölkə arasında iş birliyi səylərinə zərər verir… Nazir Palos Kammenosu bir daha dövlət məsuliyyəti və ciddiliyinə uyğun hərəkətə dəvət edir və buna bənzər şərhlərdən imtina etməyə çağırırıq."

  Qeyd edək ki, Yunanıstan Milli Müdafiə naziri P.Kammenos "Ərdoğan Lozannanı istəmirsə, Sevri verək" ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr