“Əlilliyi olan əzmkar şəxslərin mətanəti hər kəsə nümunədir”, R.T.Ərdoğan

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslərin günü münasibətilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ürək sözlərini yazılı mesajla paylaşıb.

622920
“Əlilliyi olan əzmkar şəxslərin mətanəti hər kəsə nümunədir”, R.T.Ərdoğan

  Ərdoğan əlilliyi olan şəxslərin idman, sənət, ədəbiyyat, qeyri-hökumət, siyasət və iş dünyası həyatında sərgilədikləri üstün müvəffəqiyyətin, əzm və mətanətin hər kəsə nümunə olduğunu ifadə edib.

  Dövlət başçısı 2005-ci ildən Əlillər Qanununda təhsil xidmətlərinin keyfiyyətinin artırılması, əmək məşğulluğu sahəsində ayrı-seçkiliyin qarşısının alınması və əlillərə maraqlandıran bir çox mövzularda xüsusi addımlar atıldığını xatırladıb.

  R.T.Ərdoğan eyni zamanda deyib: "Bütün bunlara baxmayaraq, edilənləri kafi görmürük. Dəyişən şərtləri və ehtiyacları nəzərə alaraq dövlət, universitet, qeyri-hökumət, iş dünyası və tək-tək fərdlər olaraq əl-ələ verməli, əngəllilərimizin firavan səviyyəyə birlikdə aparmalıyıq." dedi.

  Ölkənin Baş naziri Binəli Yıldırım da verdiyi mesajında əlilliyin ictimai bir problem olduğunu vurğulayıb, onların ehtiyac və tələblərini yerinə yetirməyin hökumətin prioritet məsələsi olduğunu nəzərə çatdırıb, "Biz də bir gün əngəlli ola bilərik" düşüncəsiylə həyata keçirilən kampaniyaları dəstəklədiyini bildirib, hər kəsə qüsursuz dünya arzulayıb.



Әlaqәli Xәbәrlәr