Tələbə qız yataqxanası yanğınının müqəssirləri müəyyən olundu

Türkiyənin Adana şəhərinin Aladağ qəsəbəsində özəl tələbə qız yataqxanasında çıxan, 12 gəncin ölümünə bais olan yanğınla əlaqədar istintaq nəticəsində nəzarətə alınanların sayı 14-ə yüksəldi.

621073
Tələbə qız yataqxanası yanğınının müqəssirləri müəyyən olundu

  Hadisə ilə əlaqədar məhkəmə işlərilə üç prokurorun nəzarəti altında inzibati istintaq başlanılıb.

  Xatırladaq ki, 29 noyabrda yanğın çıxan üç mərtəbəli tələbə qız yataqxanasında ətraf kəndlərdə yaşayan ailələrin orta məktəb və liseylərdə oxuyan 34 qız övladı qalırdı.

  Faciədə 11 qız şagird və 1 yataqxana işçisi həyatını itirib, 22 nəfər yaralanıb.

  Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları, çox sayda təcili yardım maşınları və tibbi heyət sövq edilmişdi.

  Cənazələr ekspertiza üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

  Adana valisi Mahmud Demirtaş yanğının elektrik qısaqapanmasından törəndiyi ehtimalını söyləyib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ona zəng edərək yanğın haqqında məlumat alıb, can itkilərinə görə dərin kədərini dilə gətirib, Allahdan rəhmət diləyib, yaralanan tələbələr üçünsə tez sağalmaları üçün dua edib.

  Baş nazir Binəli Yıldırım da əlaqədar nazirlərdən və Adana valisindən yanğınla bağlı məlumat alıb.

  Baş nazir müavini Veysi Kaynak, Daxili İşlər naziri Süleyman Soylu və Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya faciənin yaşandığı qəsəbəyə gediblər.

  Ailə və Sosial Siyasətlər naziri Fatma Kaya: “Dövlət bütün imkanlarıyla bu ailələrin yanındadır… Ən kiçik belə laqeydlik qeyd olunsa, sonuna qədər diqqətlə araşdırılacaq və cəza veriləcək."

  Baş nazir müavini Numan Kurtulmuş, Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş məsləhətçisi Ömər Çelik və Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə yanğın qurbanlarının ailələrinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr