‘‘Putin türk hərbçilərinə hücumda rusların əli olmadığını şəxsən bildirib’’

Bu barәdә baş nazirin müavini Numan Kurtulmuş  mәlumat verib.

619397
‘‘Putin türk hərbçilərinə hücumda rusların əli olmadığını şəxsən bildirib’’

Baş nazirin  müavini və hökumət sözçüsü Numan Kurtulmuş Rusiyanın  noyabrın 24-dә  Suriyanın Əl-Bab bölgəsində Türk əsgərlərinin şəhid edildiyi hücum ilə əlaqəsinin olmadığını şәxsәn cәnab Putin bildirib deyib.

Numan Kurtulmuş eyni zamanda qeyd edib ki,  qeyd edilən ərazidə keçirilən avia uçuşlar incələndikdən sonra lazım olan addımlar atılacaq. 

Avropa Parlamentinin  Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirə prosesinin müvəqqəti dondurulmasını  nəzərdə tutan tövsiyə qərarının Avropa siyasəti baxımından təhlükə siqnalı olduğunu söylәyib.

Baş nazirin müavini Avropa Parlamentinin qәbul etdiyi  qәrarın Türkiyә Cümhuriyyәti üçün heç bir әhәmiyyәtinin olmadığını deyib.



Әlaqәli Xәbәrlәr