Nazir Ömər Çǝlik Brüsselǝ gedir

Avropa İttifaqı (Aİ) işlǝri üzrǝ nazir Ömər Çǝlik, Avropa Parlamentinin (AP) müzakirələrin dondurulmasını nǝzǝrdǝ tutan tövsiyə qərarından sonra mövzu ilǝ bağlı danışıqlar aparmaq üzrǝ Belçikanın paytaxtı Brüsselə gedir.

619080
Nazir Ömər Çǝlik Brüsselǝ gedir

 Ömǝr Çǝlik Brüsselǝ çǝfǝri çǝrçivǝsindǝ Aİ Komissiyasının vitse-prezidenti Frans Timmermans ilə görüşǝcǝk. Türkiyə-AB əlaqələriylǝ ǝlaqǝlǝ cǝrǝyan edǝn prosesin müzakirǝ edilǝcǝyi görüşdǝ, terrora qarşı mübarizə, qaçqınlar ilǝ ǝlaqǝli imzalanan Geri Qəbul Razılaşması, Türk vətəndaşlarına tǝtbiq edilǝn viza rejiminin lǝğvi və enerji sahəsində əməkdaşlıq kimi mövzular gündǝmǝ daxil edilǝcǝk.

Avropa İttifaqı naziri Ömǝr Çǝlik, Avropa İttifaqı komissiyasının Miqrasiya, Daxili İşlər və vətəndaşlıq üzrǝ üzvü Dimitris Avramopoulos və Enerjidǝn mǝsul üzvü Miguel Arias Canet ilǝ dǝ bir araya gǝlǝcǝk. Qeyri-hökumət təşkilatları, media və iş dünyasının nümayəndələri ilə görüşəcək. Aİ Komissiyası tərəfindən immiqrantların uşaqlarının təhsili ilǝ bağlı tǝşkil edilǝcǝk “Fövqǝladǝ Hallarda Təhsil Forumu” mövzulu yığıncaqda çıxış edəcək.



Әlaqәli Xәbәrlәr