Qadınlar istəmədikləri şərtləri qəbul etməyə məhkum olunub

Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan qadınların fəaliyyətinin artdığı bir dünyada ədalətin təsisinin asanlaşacağını söyləyib.

618117
Qadınlar istəmədikləri şərtləri qəbul etməyə məhkum olunub

  Əminə Ərdoğan İstanbulda Beynəlxalq Qadın və Demokratiya Dərnəyinin təşkilatçılığıyla keçirilən Qadın və Ədalət Zirvə Toplantısının qala gecəsində çıxış edib.

  Müharibələrdə ən böyük zərbənin qadın və uşaqlara dəydiyinə diqqət çəkən Əminə xanım məzlumların ağrısının göy qübbəsini inlətdiyini və bu ağrının da ən çox qadın və uşaqların üzərinə düşdüyünü deyib:

  "Suriyada qəzəb mərhəmətin önünə keçib. Son beş ildə milyonlarla adam yerindən-yurdundan edilib. 600 mindən çox adam öldürülüb. Ən böyük zərbə qadın və uşaqlara dəyib. Qadınlar istəmədikləri şərtləri qəbul etməyə məhkum olunub. Uşaqlar məsul olmadıqları halda dünyanın yükünü daşımağa məcbur edilib… Amma dünya nizama qadınların əliylə düşəcək… Sülhü istəməkdə qadınlar daha aktiv və mahirdirlər. Qadınların fəaliyyəti artarsa, dünyada ədalətin bərqərarı asanlaşar".



Әlaqәli Xәbәrlәr