Adana valiliyindǝ partlayış törǝdilib

Adana Valiliyi binasının yaxınında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

616896
Adana valiliyindǝ partlayış törǝdilib

Adana valisi Mahmud Dǝmirtaşın   mǝlumatına   görǝ   İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisǝ   nǝticǝsindǝ  2  nǝfǝr   hǝyatını  itirib, 21  nǝfǝr dǝ   yaralanıb.

Vali  hücumun  Mersin nömrəli bir   avtomobil   ilə  törǝdildiyini   cinayǝtkarın   qadın   olduğunu qeyd  edib.  

Əmək və sosial Müdafiə naziri Mehmet Müezzinoğlu isə, yaralıların 5-nin vəziyyətinin  ağır  olduğunu  bildirib. 

Partlayışdan  sonra   hadisǝnin  törǝdildiyi  yerǝ  xeyli   sayda   təcili  tibbi   yardım    cǝlb  olunub. Avtomobil dayanacağında vǝzifǝli tǝhlükǝsizlik  ǝmǝkdaşı  saxlanıb.

Avropa İttifaqı  işlǝri  üzrǝ  nazir vǝ   Baş  mǝslǝhǝtçi  Ömər Çǝlik, hadisənin  terror aktı olduğunu  bildirib  vǝ   Türkiyǝnin   terrora  qarşı  mübarizǝsinin   davam  edǝcǝyini  qeyd  edib.

Baş nazir   müavini  Numan  Kurtulmuş  da  hadisǝ  ilǝ  bağlı  verdiyi   açıqlamada: “Bölgədə oynanan oyunu pozduğu üçün hədəf  götürülǝn Türkiyə, terrora təslim olmayacaq, terrorla mübarizəsini qətiyyətlə davam etdirəcək. Adanadakı xain hücumu,  mǝhz  terroru və dəstəkçilərini lənətləyirəm. Xain  hücumda hǝyatını   itirǝnlǝrǝ rǝhmǝt  vǝ  yaralılara tǝcili şǝfa arzulayıram”  deyib. 

Baş nazir müavini Nurettin Canikli dǝ hadisǝ  ilǝ ǝlaqǝli açıqlamasında   Türkiyənin terrora və dəstəkçilərinə baxmayaraq  birlik  bǝrabǝrliyini, gücünü və inkişaf əzmini qoruyacağını   qeyd  edib. 

Amerika Birləşmiş Dövlətlərinin Ankara səfirliyi də hücumu qlǝnǝtlǝyib. Hadisǝdǝ   hǝyatını   itirǝnlǝrin   ailǝlǝrinǝ   baş  sağlığı  verib.  ABŞ-nın  terrora qarşı  mübarizǝdǝ   Türkiyənin yanında  yer  almaqda  davam  edǝcǝyini  bildirib. 

 



Әlaqәli Xәbәrlәr