John Kirby:"Türkiyəni dəstəklədik və dəstəkləməyə davam edirik "

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü John Kirby Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı suallara cavab verdi.

615827
John Kirby:"Türkiyəni dəstəklədik və dəstəkləməyə davam edirik "

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü John Kirby 15 İyul dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın durmasına dair Türk xalqında formalaşan fikir haqqında: "Türkiyə xalqının, və ya rəsmilərinin ağlından keçənləri bilmirəm" dedi.
 
 Kirby :" Çevrilişinin arxasında duran Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin ABŞ-da olması faktı Türkiyədə anti -amerikan əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb ola bilərmi?" sualına bunun səbəbini bilmədiyi yönündəki mövqeyini təkrarladı.
 
 Ölkəsinin çevriliş cəhdi ilə heç bir əlaqəsinin olmadığını təkrarlayan Kirby:"ABŞ rəhbərliyi olaraq Türkiyəni və Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəstəklədik və dəstəkləməyə də davam edirik" dedi.
 
Dövlət Departamentinin sözçüsünə Pensilvaniyada yaşayan Fətullah Gülənin ABŞ-dan qaça biləcəyi ehtimalı ilə əlaqədar olaraq hər hansı bir təhlükəsizlik tədbirinin görülülüb-görülməməsi ilə bağlı sual da verildi.
 
 Kirby məsələ ilə ABŞ-ın Ədliyyə Nazirliyinin məşğul olduğunu qeyd etdi.
 
 Mətbuat konfransından sonra John Kirbyə  FETÖ-nün 15 iyuldakı dövlət çevrilişi cəhdinin xronologiyasını və sonrakı reaksiyaları əks etdirən "FETÖ-nün Çevriliş Cəhdi dəqiqə-qəqiqə" adlı kitab hədiyyə edildi.



Әlaqәli Xәbәrlәr