Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi  John Kerry və İngiltərənin xarici İşlər naziri Boris Johnson ilə telefonla görüşdü.

615455
Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir

 Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi  John Kerry ilə telefonla görüşdü.
 
 Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə Hələbdəki vəziyyət başda olmaqla, Suriyaya dair aktual hadisələr müzakirə olunub.
 
 Qeyd edək ki, xarici İşlər naziri Çavuşoğlu ilə həmkarı Kerry arasında 18 noyabrda da telefon danışığı olub.
 
 Telefon görüşündə Rakkaya qarşı əməliyyat və terror təşkilatları ilə mübarizə başda olmaqla, Suriyadakı vəziyyət, Mosul əməliyyatı haqqında fikir mübadiləsi aparılıb.
 
 Bu arada, İngiltərənin xarici İşlər naziri Boris Johnson Çavuşoğluna zəng edərək onunla  NATO - Aİ əməkdaşlığının inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıb.



Әlaqәli Xәbәrlәr