Ərdoğan İsrail televiziyası "Kanal 2" yə müsahibə verdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya təşkil etdiyi hücumda  minlərlə insanın öldüyü anı unutmağın mümkün olmadığını bildirərək, Hitlerin də, İsrailin də etdiklərinə haq vermədiyini söylədi.

615158
Ərdoğan İsrail televiziyası "Kanal 2" yə müsahibə verdi

Ankarada İsrail televiziyası "Kanal 2"yə müsahibə verən Ərdoğan Fətullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (PDY / FETÖ) 15 iyuldakı dövlət çevrilişi cəhdi, İsrail-Türkiyə əlaqələri, İsrail-Fələstin məsələsi, terror təşkilatı DEAŞ-a qarşı mübarizə və Donald Trumpın Amerika Birləşmiş Ştatları prezidenti seçilməsi kimi mövzuları dəyərləndirdi.

15 iyulda dövlət çevrilişi cəhdi barərə məlumatlandırıldıqdan sonra yaşadıqları haqqında danışan prezident Ərdoğan:" 15 iyul axşamında ilk aradıqlarım baş nazir, kəşfiyyat işləri üzrə müşavir, baş qərargah rəisi oldu. Lakin bu əsnada, ilk növbədə, media və FaceTime vasitəsi ilə bütün xalqıma müraciət etməyin vacibliyinə inandım " ifadələrini işlətdi.

Ərdoğan İsrail jurnalisti İlana Dayanın Marmarisdən İstanbula gedərkən çevriliş edənlərin F16-lardan onlara atəş edə biləcəyini düşünüb -düşünmədiyi ilə bağlı verdiyi suala :"Düşündük, amma biz buna inanmışıq. Heç ölməyəcəkmiş kimi bu dünyaya, hər an öləcəkmiş kimi əbədi dünyaya hazırlıqlı olacağıq, biz bu yola belə çıxdıq. Lider əgər bir daşın, bir qayanın arxasına gizlənsə, cəmiyyət, millət dağın arxasında gizlənər. Onun üçün lider hər zaman dik dayanacaq, öndə olacaq ki, ona inanan milləti də onun arxası ilə getsin" deyə danışdı.

Aparıcının: "İndi icazənizlə sizə çətin suallar vermək istəyirəm" cümləsinə cavab olaraq prezident Ərdoğan:"Bu ana qədər verdiyiniz suallar asan idimi?" dedi.

Ərdoğan FETÖ-nün çevriliş cəhdinə verilən reaksiyanın şişirdilmiş olmasına dair tənqidlərin xatırladılmasından sonra bunları qeyd etdi: "Türkiyə çox çevrilişlər yaşadı və bütün bunların yaşandığı anlarda Türkiyənin ödədikləri çox ağır oldu, amma heç birisi bu çevriliş cəhdinin qarşısında Türk millətinin göstərdiyi reaksianı görmədi. İlk dəfə olaraq bir çevriliş cəhdi millət tərəfindən darmadağın edildi. Bu çevriliş cəhdini həyata keçirən Fətullahçı Terror Təşkilatıdır.. Bunlar 40 il müddətində dövlətin müxtəlif təşkilatlarını, silahlı qüvvələri, polisi, məhkəməni, nazirlikləri, bütün buraları ələ keçirməyə çalışıblar".

Çıxışı zamanı aparıcının təkrar araya girməsinə reaksiya verən Türkiyə prezidenti: "İndi istəsəniz belə bir üsul təqib edək; əgər sözüm tez-tez kəsilərsə tamaşaçılar rahatlıqla bu müsahibənin nəticəsini görə bilməzlər” deyərək sözlərinə davam etdi:"Bu terror təşkilatı gələcəyə istiqamətli ordumuzun içərisində kim bilir daha hansı işlər çevirəcəkdi. Polis orqanlarında, dövlətin bir çox nazirliklərində indi elə fəndlər, elə yalanlar ortaya çıxır ki, davamlı bunları təmizləmək məcburiyyətindəyik".

Prezident Ərdoğan,  son dövrdə Türkiyə - İsrail əlaqələrinin normallaşdırılması səylərinə da toxundu.

Bu prosesin başlanmasının üzərindən uzun zaman keçdiyini xatırladan Prezident Ərdoğan (31 may 2010-cu il tarixində 9 adamın həyatını itirdiyi 50-dən çox adamın yaralandığı Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə İsrail tərəfindən edilən hücumdan sonra) Mavi Mərmərə hadisəsindən sonra İsrailin üç maddənin yerinə yetirməsini tələb etdiyini söylədi. Baş nazir Benyamin Netenyuhunun ona zəng edərək üzr istədiyini, təzminatın da ödənildiyini, Qəzzanın mühasirəsinin də böyük ehtimalla aradan qaldırılacağını düşündüklərini qeyd edən Ərdoğan,normal münasibətlərə ciddi şəkildə yaxınlaşıldığı fikrində olduğunu söylədi.

Türkiyə prezidenti "Həmasın İsrailə qarşı silah tətbiq etməyəcəyinə zəmanət verə bilərsinizmi?" sualına:"Siz İsrailin adından bu silahla Qəzzanın vurulmayacağını mənə söyləyə bilərsinizmi?" şəklində reaksiya göstərdi.

Ərdoğan "Həmasın davamlı olaraq mülki vətəndaşlara qarşı hücumlar təşkil etdiyini unudursunuz." ifadəsinə cavab olaraq: “İsrailin Qəzzanı bombaladığı zaman neçə vətəndaşın öldüyünə də baxılmalıdır” dedi.

"İsrail Həması terror təşkilatı olaraq gördüyü bir vəziyyətdə  Həmas həllin bir parçası olmalımıdır?" sualına prezident Ərdoğan:"Həmas mənə görə bir terror təşkilatı deyil. Həmas bir dirilişin ortaya qoyduğu siyasi hərəkətdir" cavabını verdi.

Ərdoğan İsrail-Fələstin danışıqlarında yenidən vasitəçi olmaq istəyi barədə verilən suala:"Bizdən belə bir şey tələb edildiyi zaman niyə də etməyək? Bizim bütün dərdimiz o bölgədə sülhün  bərqərar olmasıdır. Amma İsrail iki dövlətli həllə yaxınlaşırmı? Yaxınlaşmır. Niyə yaxınlaşmır? O torpaqların sahibi İsrail deyil. Bunu bir kənara ata bilmərsiniz" dedi.

Prezident Ərdoğana  İsrailin 2014-ci ildəki Qəzza hücumu əsnasında dediyi "İsrail Hitlerdən daha böyük barbarlıq etdi" sözləri xatırladılaraq, bunları söylədiyi üçün peşman olub- olmadığına dair verilən suala:" Təbii ki, bu, günə görə dəyişər. Qəzzanın vurdulduğu zaman orada yüzlərlə, minlərlə adamın öldüyü anı mənim unutmam mümkün deyil. Mən Hitlerin etdiyinə də haq vermirəm, İsrailin etdiklərinə də” deyərə cavab verdi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr