Almaniya Türkiyəni yalnız sözdə deyil, əməldə də dəstəkləməlidir

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası İstanbul millət vəkili və Məclis İnsan Hüquqları Komissiyasının sədri Mustafa Yeneroğlu Almaniyanın paytaxtı Berlindəki görüşləri çərçivəsində söylədi.

615123
Almaniya Türkiyəni yalnız sözdə deyil, əməldə də dəstəkləməlidir

Türkiyənin Ədalət və İnkişaf Partiyası İstanbul millət vəkili və Məclis İnsan Hüquqları Komissiyasının sədri Mustafa Yeneroğlu Almaniyanın paytaxtı Berlindəki görüşləri çərçivəsində əvvəl Berlin səfirliyində Türk və xarici jurnalistlərlə bir araya gəldi.

Türkiyə-Almaniya əlaqələri, terrorla mübarizə və Fətullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETO / PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdi haqqında Alman mətbuatının birtərəfli xəbər anlayışını tənqid edən Yeneroğlu alman siyasətçilərinin də Türkiyə ilə daha çox həmrəylik içində olmasını arzu etdiyini ifadə etdi.

Yeneroğlu Avropa ölkələrində separatçı terror təşkilatı PKK-nın üzvü olan terrorçulara maliyyə qaynağı əldə etmə, terror hərəkətlərində istifadə üçün gəncləri aldadacaq metodlarının dayandırılmasının vacibliyini qeyd etdi.

Yeneroğlu Almaniyanın Türkiyəni terrorla mübarizə məsələsində yalnız sözdə deyil, eyni zamanda əməldə də dəstəkləməsi lazım olduğunu söylədi.

 Almaniyanın PKK-nın etibarlı limanı mövqeyindən çıxardılması məsələsində daha çox səy göstərilməsinin lazım olduğunu vurğulayan Yeneroğlu: “İnsan hüquqları iddiasıyla ortaya çıxanlar yaşamaq hüququnun qorunması nöqtəsində daha həssas olduqlarına Türkiyə ictimaiyyətini inandırmalıdırlar” dedi

Yeneroğlu Berlin görüşlərində Türk-Alman Parlamentlərarası Qrupun rəhbəri Michelle Müntefering, Almaniya Xristian Demokratlar Birliyinin üzvü, millət vəkili Oliver Wittke və Almaniya Federal Məclisi İnsan Hüquqları və Humanitar Yardım Komissiyasının sədri Michael Brand ilə görüşündən sonra Türkiyənin Berlin səfirliyində Türkiyə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir araya gəldi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr