“O, İran və Rusiyanı tənqid etməkdən başqa bir iş görmür”

Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş məsləhətçisi Ömər Çelik Kanadanın Halifaks şəhərində təşkil edilən VIII Beynəlxalq Təhlükəsizlik Forumunun ikinci günü Suriya ilə bağlı iclasda çıxış edib.

614057
“O, İran və Rusiyanı tənqid etməkdən başqa bir iş görmür”

   Son 2 il ərzində Avropa qitəsində törədilən terror hadisələrinin çoxunun Türkiyədə yaşandığına diqqət çəkən Çelik terrorçu bir qonşu ilə yaşamanın nə demək olduğunu ən yaxşı Türkiyənin bildiyini söyləyib, Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini xatırladıb və sonra bunları deyib: “DAEŞ döyüşdən geri çəkilir. Amma çəkildiyi yerlərdə etnik və məzhəb qarşıdurmaları qoyur... Suriya mövzusunda NATO Türkiyəyə kifayət qədər dəstək vermir, İran və Rusiyanı tənqiddən başqa ortaya bir Suriya siyasəti çıxara bilmir."



Әlaqәli Xәbәrlәr