Terrordan tutmuş edam cəzası və evlənmə yaşına qədər danışıldı

B.Bozdağ: "Bəzi yerlərdə, xüsusən roman soylu vətəndaşlarımız isə bundan aşağı yaşlarda da toy edir, evlənirlər. Biz bunun tərəfdarı deyilik, qəbul da etmirik. Amma..."

613924
Terrordan tutmuş edam cəzası və evlənmə yaşına qədər danışıldı

  İstanbulda başlayan NATO Parlament Assambleyasının 62-ci konfransında çıxış edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu PKK-nı terror siyahısından çıxarmağa çalışanlara üzünü tutub.

  Nazir deyib: “Terror qlobal təhdid halına gəldi. Yaxşı, ya pis ayrı-seçkiliyi etməməliyik. Solçu ideologiyalı olduğu üçün PKK-nı terror təşkilatı siyahısından çıxarmaq nə deməkdir? O zaman biz də müsəlmanıq deyə DAEŞ-i terror təşkilatı siyahısından çıxarmalıyıq? Təəssüf, buna görədir ki, bu gün terror təşkilatları bir çox ölkədə rahatlıqla fəaliyyət göstərir. “DAEŞ-lə mübarizə aparırıq” adı ilə PKK və YPG kimi təşkilatlara silah vermək böyük səhvdir. Hansı terror təşkilatı olursa-olsun, hamısıyla mübarizə aparmaq lazımdır. Dostlarımızın belə tragik bir səhv etməsini istəmirik".

  Ədalət naziri Bozdağ isə HDP-li millət vəkilləri məsələsinə toxunub: “Hər kəs necə, onlar da elə. HDP-li vəkillərə qarşı ayrı münasibət yoxdur. Son qərar isə məhkəmənindir”.

  Bozdağ sonra edam cəzasına toxunub: “Bəzi cinayətlərə görə edam qərarına ehtiyac var. Ancaq edam cəzası da konstitusiya dəyişikliyi tələb edir."

  Evlənmə yaşı ilə bağlı isə Ədalət naziri bu sözləri deyib: "Bizim qanunlarımıza görə, 16 yaşı tamam olduqdan sonra oğlan və qız məhkəmə qərarı ilə evlənə bilər. 17 yaş tamam olduqdan sonra isə valideynlərinin icazəsilə evlənə bilər. Bəzi yerlərdə, xüsusən roman soylu vətəndaşlarımız isə bundan aşağı yaşlarda da toy edir, evlənirlər. Biz bunun tərəfdarı deyilik, qəbul da etmirik. Amma təəssüf ki, Türkiyədə bu sahədə bir sıra problemlər var. Qanunlarımız ağırdır. Məsələn, təcavüzçü əfv edilmir, hüquq pozma ünsürləri dəyişdirilmir, bu cəzaların illəri azaldılmır. Cəmiyyətimizin bəzi yerlərində həqiqətdən ortaya çıxan bu problemi həll etməyə doğru addımlar atırıq."



Әlaqәli Xәbәrlәr