“Biz onlardan başqa hərəkət gözləyirdik”, H.Müftüoğlu

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu Fransanın “Libération” qəzetinin 16 noyabr 2016-ci il tarixli sayında dərc olunan bəyanatın terror təşkilatlarını cəsarətləndirmə məqsədi daşıdığına diqqət çəkib.

613775
“Biz onlardan başqa hərəkət gözləyirdik”, H.Müftüoğlu

  Müftüoğlu bu barədə deyib: "Bu bəyanatı imzalayan millət vəkili, senator və alimlərdən başqa hərəkət gözləyirdik. Onların uzun illərdir terror hücumlarına məruz qalan və 15 İyul qanlı terror hadisəsi yaşayan Türkiyə xalqı və terrorizmlə mübarizə aparan ölkəmizlə həmrəylik içində olmaları lazım idi. Türkiyənin hüquqi dövlət prinsiplərini və beynəlxalq öhdəlikləri gözlədiyi hər kəsə məlumdur."

  Türkiyənin Avropa Şurasının məsul və qurucu üzvlərindən biri olduğunu xatırladan Müftüoğlu şura ilə konstruktiv dialoqa əsaslanan şəffaf iş birliyi arzuladığını ifadə edib.



Әlaqәli Xәbәrlәr