Rusiyaya kənd təsərrüfatı məhsulları göndərən Türk şirkətlərinə yaşıl işıq yandırılacaq

Türkiyədən idxal olunan sitrus meyvələri, ərik və şaftalı yenidən rus bazarına girib.

612201
Rusiyaya kənd təsərrüfatı  məhsulları göndərən Türk şirkətlərinə yaşıl işıq yandırılacaq

Rusyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsinin (Rosselxoznadzor) müdiri Sergey Dankvert Türkiyədən kənd təsərrüfatı məhsulları idxalının sərbəst olacağı barədə məlumat verdi.
 
Ölkənin paytaxtı Moskvada jurnalistlərə müsahibə verən Dankvert bir müddətdir ki, Türkiyədəki kənd təsərrüfatı istehsalçılarının obyektlərində araşdırmalar apardıqlarını xatırlatdı.
 
 Dankvert kiçik şirkətlərə nəzarət edilməsinin mümkün olmaması səbəbindən Türkiyədən məhsul alarkən öz sistemləri olan və məhsullarını Rusiyaya göndərə bilən böyük Türk şirkətlərinə yaşıl işıq yandırılacağını qeyd etdi.
 
  Qeyd edək ki, Rusiya hökuməti Türkiyənin kənd təsərrüfatı məhsullarına dair qadağaları keçən ay ləğv edib.
 
 Bunun nəticəsində sitrus meyvələri, ərik və şaftalı yenidən rus bazarına girib.
 
 Digər məhsul kateqoriyalarına aid qadağaların ləğvi ilə bağlı danışıqlar davam edir.
 



Әlaqәli Xәbәrlәr