Türkiyə modeli prezidentlik üsul-idarəsi ölkəyə daha sürətli inkişaf imkanı yaradacaq”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib  Ərdoğan Türkiyə modeli prezidentlik üsul-idarəsinin ölkəyə daha sürətli inkişaf imkanı yaradacağını söyləyib.

608319
Türkiyə modeli prezidentlik üsul-idarəsi ölkəyə daha sürətli inkişaf imkanı yaradacaq”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib  Ərdoğan Türkiyə modeli prezidentlik üsul-idarəsinin ölkəyə daha sürətli inkişaf imkanı yaradacağını söyləyib.

Ərdoğan mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalında iki hissə olaraq yayımlanan proqramın ikinci hissəsində iştirak edib.

Dövlət başçısı proqramda Türkiyədəki koalisiya hökumətləri, Ədalət və İnkişaf Partiyasının tək başına hakimiyyətdə olduğu dövr, prezident üsul-idarəsi ilə bağlı mübahisələr və 15 iyul çevrilişə cəhd kimi mövzuları dəyərləndirib.

Dövlət başçısı Ərdoğan ABŞ və Rusiyanın iş sistemləri fərqli olsa da prezident üsul-idarəsi sistemi tətbiq edən iki önəmli nümunə olduğunu vurğulayaraq deyib ki, biz də ənənələrimizdən ilham götürərək Türkiyəyə yaraşan ölkəmiz modeli bir sistemi işə daxil edəyin. Bu, Türkiyənin daha sürətli şəkildə inkişafına töhfə verəcəkdir, ona görə bunu müdafiə edirəm.

Türkiyədə koalisiya hökumətlərinin ölkəni idarə etdiyi dövrdə uğursuz olduğuna diqqət çəkən Ərdoğan özünün baş nazirliyindən əvvəl yaxud Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu zamanlardan öncəki dövrlərdə ümumilikdə koalisiya hökumətlərinin vəzifədə olduğunu ifadə edib.

Ərdoğan ona yönəldilmiş diktatorluq ittihamlarının dünyadakı yanaşma tərzi ilə tamamilə ideoloji olduğunu  deyib. O bildirib ki, bir insanın diktator olması üçün o ölkədə həyat şərtlərinin fərqli şəkildə olması, insanların azad yaşaya, düşüncələrini istədikləri kimi ifadə  edə, inandıqlarını inandıqları kimi yaşaya bilməməsi lazımdır. Mənim ölkəmdə belə bir problem yoxdur; istəyən istədiyi kimi danışır, inandığı kimi yaşayır, istədiyi kimi geyinir, istədiyi kimi yeyib içir. Bunların hamısını yaşayır. Biz heç nəyi qadağan etmədik. Türkiyə yasaqların olduğu bir ölkə olmayıb. Türkiyə son illərdə, son 14 ili bir tərəfə qoyuram, heç bir dövrdə bu səviyyədə azad, bu qədər dinc, bu qədər rahat bir dövr yaşamayıb.

Dövlət başçısı Türkiyənin hazırda beynəlxalq sərmayəni ən çox cəlb edən ölkələrdən biri olduğunu vurğulayıb.

Ərəb ölkələrinə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı xəbərdarlıq da edən Dövlət başçısı FETÖ ünsürlərinin müxtəlif Ərəb ölkəsində mövcudluğunu davam etdirdiyini, hətta bəzi yerlərdə bunlara, Türkiyəyə fərqli şəkildə yanaşanlara imkan da verildiyini bildirib.

Bu növqtədə diqqətli olmağın vacibliyinə toxunan Ərdoğan bildirib ki, əgər belə səhv addımlar atsalar sabah onlar da bədəl ödəyə bilərlər.

Ərdoğan Ərəb dünyasında FETÖ-yə kimlərin yardım etdiyi ilə bağlı suala, “Misal Misir”-deyə cavab verib.

Avropa İttifaqı ilə əlaqələrə də toxunan Dövlət başçısı Ərdoğan bunları deyib: Avropa İttifaqı davamlı naz edir, Türkiyəyə təzyiq etməyə cəhd göstərir. İttifaq heç vaxt Türkiyəyə qarşı dürüst və səmimi rəftar etməyib. Qaçqınlar məsələsində də 3 milyard Avro ilə bağlı sözünü də dəqiq olaraq yerinə yetirmədi.

Ərəb dünyasında yaşanan problemlərə də diqqət çəkən Ərdoğan Türkiyənin Suriya ilə 911, İraq ilə 350 km sərhədi olduğunu bildirib.

Suriyadakı prosesə laqeyd yanaşa bilməyəcəklərini, Liviya ilə tarixi əlaqələrin olduğunu dilə gətirən Ərdoğan deyib ki, çox səbr etdik, ancaq terror təşkilatı DEAŞ-ın Qaziantepdəki terror aktında 56 vətəndaşımızın şəhid edilməsindən sonra Azad Suriya Ordusunu dəstəkləmək məqsədi ilə Cerablusa girərək bir prosesə start verdik.

İraqdakı vəziyyətə də toxunan Ərdoğan bu ölkədə də  durumun yaxşı olmadığını, xüsusilə Kərkükdə yaşananların insanı fikrə apardığını vurğulayıb.

Ərdoğan Mosul, Kərkük və Təlafərdəki soydaşların əsla yalnız buraxılmayacağını da dilə gətirib.

Dövlət başçısı həmçinin İraq və Suriyanın torpaq bütövlüyündən tərəf olduqlarını, bölünməsini əsla istəmədiklərini və sonuna qədər bu istiqamətdə mübarizəni davam etdirəcəklərini deyib.

Ərdoğan bu məsələnin güzəştə gediləcək bir məsələ olmadığını, koalisiya qüvvələrinin də bu tələyə düşməmələrinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr