Sincarı da Qəndil dağına çevirməyə cəhd edən terror təşkilatı PKK-ya qarşı bütün tədbirlər görülüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xüsusilə “yezidiləri müdafiə edir” kimi göstərilərək Sincarı da Qəndil dağına çevirməyə cəhd edən terror təşkilatı PKK-ya qarşı bütün tədbirləri gördüyünü söyləyib.

606643
Sincarı da Qəndil dağına çevirməyə cəhd edən terror təşkilatı PKK-ya qarşı bütün tədbirlər görülüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xüsusilə “yezidiləri müdafiə edir” kimi göstərilərək Sincarı da Qəndil dağına çevirməyə cəhd edən terror təşkilatı PKK-ya qarşı bütün tədbirləri gördüyünü söyləyib.

Çavuşoğlu Türkiyə Böyük Millət Məclisi (TBMM) Plan və Büdcə Komissiyasında Xarici İşlər Nazirliyinin 2017-ci il büdcəsi ilə əlaqəli məlumat təqdim edərkən keçən ilin büdcə müzakirələrindən bəridir Türkiyə və dünyada önəmli hadisələr baş verdiyini, bunların ən önəmləsinin isə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı çevriliş cəhdi olduğunu dilə gətirib.

FETÖ ilə mübarizənin xarici siyasətdə ilk planda yer tutan mövzulardan biri olduğunu vurğulayan nazir deyib ki, Türkiyə Böyük Millət Məclisi FETÖ-nün gerçək üzünün xaricilərə izah edilməsi barədə çox önəmli rol öhdəsinə götürdü. Nazirliyimizdəki məlumatlara görə, indiyədək 7-si dərnək statusunda, 72-si məktəb və yaxud da təhsil mərkəzi olmaqla 79 FETÖ quruluşunu bağlatdırdıq yaxud da idarəsinin təhvil alınmasına imkan yaratdıq.

Çavuşoğlu FETÖ-nün quldurbaşı Fətullah Gülən ilə digər təşkilat üzvlərinin təhvil verilməsi üçün cəhdlərin davam etdiyini bildirib.

Xarici siyasətə də toxunan Çavuşoğlu vurğulayıb ki, İraq illərdir xaos içindədir və hökumət öz ölkəsində suverenliyindən tamamilə istifadə edə bilmir. DEAŞ və PKK başda olmaqla terror təşkilatları İraqda yerləşiblər. Buna kənardan tamaşa edə bilməzdik. Bu ölkədə azad şəkildə hərəkət edən PKK-nın və DEAŞ-ın xüsusilə ölkəmizə və vətəndaşlarımıza yönəldilmiş təhdid olmasına icazə verə bilməzdik. Bu səbəbə görə İraqa dəstək oluruq.

Türkiyənin Mosul əməliyyatı barədə də həssaslığı olduğunu ifadə edən nazir Çavuşoğlu bildirb ki, Haşd-i Şabi adlı məzhəbçi milislərin Mosula və Təlafərə girməməsinin vacibliyini həm rəsmi Bağdada həm Şimali İraq hökumətinə həm də koalisiyadakı ölkələrə izah edirik. Bununla bağlı müsbət nəticələr əldə edildi. PKK-nın Sincardakı sözçüləri Təlafərə girəcəyindən, Mosul əməliyyatına qoşulacağından danışır, davamlı açıqlamalar verirlər. Sincarı da Qəndil dağına çevirməyə cəhd edən PKK-ya qarşı tədbirlərimizi görmüşük. Son zamanlarda sərhədimizə müəyyən sayda əsgərimizin, silahlı qüvvələrimizin göndərilməsinin məqsədlərindən biri də budur. Belə şeylərə əsla icazə vermərik, bundan sonra da verilməyəcəkdir.

Xarici İşlər naziri Çavuşoğlu Suriya böhranına dair isə deyib ki, ən faydalı daimi həll yolu siyasi həll yoludur, siyasi dəyişiklikdir, ancaq bunu həyata keçirmək üçün atəşkəs təmin edilməlidir.

Çavuşoğlu viza rejiminin ləğvinə dair isə bildirib ki, Avropa İttifaqı ilə viza rejiminin ləğvi barədə razılıq əldə olunmacağı təqdirdə miqrantların geri qaytırılmasına dair müqaviləni ləğv edəcəyik.



Әlaqәli Xәbәrlәr