“Başqalarından dəstək alanlar bunun bədəlini ödəməkdə davam edəcəklər”,R.T.Ərdoğan

Ərdoğan PKK-nın və onun mülki həyatda, Məclisdə davamı olanlardan Türkiyənin qarşısında maneə törətmək üçün bir vasitə, tələ olaraq istifadə edildiyinin açıq-aşkar həqiqət olduğunu bildirib.

606615
“Başqalarından dəstək alanlar bunun bədəlini ödəməkdə davam edəcəklər”,R.T.Ərdoğan

“Başqalarından dəstək alanlar bunun bədəlini ödəməkdə davam edəcəklər”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bunu Ankara Ticarət Palatasının mərkəzində keçirilən 5-ci Əsnaf və Sənətkarlar Şurasında çıxışı zamanı deyib.

“Bizim Türkiyə Cümhuriyyəti dövlətindən başqa dövlətimiz yoxdur. Heç kəs başqa planların arxasınca getməsin. Bu yolda irəliləyənlər bunun cəzasını ödəcəyəkdir və ödəyirlər. Başqa yerlərdən dəstək alanlar bunların cavabını verməkdə davam edəcəklər. Bizim dəstəyimiz haqdır və xalqdır, aramızdakı fərq budur”-deyə dövlət başçısı vurğulayıb.

Çıxışında Fətullahçı Terror Təşkilatına (FETÖ) da toxunan Ərdoğan deyib ki, 15 iyuldakı bu çevrilişə cəhd uğurlu olsaydı FETÖ nə edəcəkdi? Sadəcə özünə əməl edənlərə həyat haqqı verən bu təşkilatın qaranlıq üzünü anlamaq üçün hələ nə qədər təcrübə yaşamalıyıq? FETÖ-nün ‘himmət’ adı ilə əsnaf və sənətkarlarımızdan xərac yığan, maddi təzyiqlə yanaşı mənəvi təhdid anlayışı nə əxlaq nə də islama yaraşır. Bizim mədəniyyətimizdə belə bir təşkilatlanmaya əsla yer yoxdur.

15 iyulun FETÖ-nün gerçək üzünü görməmiş olanlar üçün son xəbərdarlıq olduğunu, buna baxmayaraq hələ də təşkilatda qalmaqda davam edən edən varsa onların inancına, ölkəsinə, millətinə qarşı açıq bir xəyanət içində olduğunu qeyd edən dövlət başçısı eyni durumun terror təşkilatı PKK üçün də qüvvədə olduğunu söyləyib.

PKK-nın və onun mülki həyatda, Məclisdə davamı olanlardan Türkiyənin qarşısında maneə törətmək üçün bir vasitə, tələ olaraq istifadə edildiyinin açıq-aşkar həqiqət olduğunu ifadə edən Ərdoğan bildirib ki, ölkəsini və millətini sevən hər kəsin qarşı-qarşıya olduğumuz bu həssas dövrdə bütün imkanları və gücü ilə dövlətinə yiyə durması, inanc, məzhəb və radikal istismarçılara mane olması vacibdir. “Qərb qəzetləri, nazirləri və başqa şeyləri ilə Türkiyəyə meydan oxuyur. Bəs, sədri olduğum partiyam bağlandığı zaman nə üçün səsinizi ucaltmadınız”-deyə Dövlət başçısı Ərdoğan ifadə edib.



Әlaqәli Xәbәrlәr