Tunceli vilayətinin ərazilərində 5 terrorçu zərərsizləşdirilib

Bingöl vilayətinin Gənc qəsəbəsində terror təşkilatı PKK-ya istiqamətli əməliyyatda kənd qorucusu şəhid olub.

606018
Tunceli vilayətinin ərazilərində 5 terrorçu zərərsizləşdirilib

Bingöl vilayətinin Gənc qəsəbəsində terror təşkilatı PKK-ya istiqamətli əməliyyatda kənd qorucusu şəhid olub.

Bölgədə həyata keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma yaranıb.

Toqquşma zamanı terrorçuların etdiyi atəş nəticəsində ağır yaralanan kənd qorucusu yerləşdirildiyi xəstəxanada şəhid olub.

Digər tərəfdən Türkiyə Silahlı Qüvvələrinin Tunceli vilayətinin ərazilərində həyata keçirdiyi əməliyyatda ilk məlumatlara görə, 5 terrorçu zərərsizləşdirilib. PKK-ya qarşı İraqın şimalındakı Zap bölgəsinə də hava əməliyyatı həyata keçirilib.

Əməliyyat zamanı terror təşkilatına məxsus iki sığınacaq yer və silah-sursat anbarı məhv edilib.



Әlaqәli Xәbәrlәr