Ərdoğandan Qərbə sərt reaksiya

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan PYD/YPG-nin terror təşkilatı PKK-nın qolu olduğunu bildirərək, bu təşkilatlara dəstək olan ölkələrə sərt reaksiya göstərdi.

605852
Ərdoğandan Qərbə sərt reaksiya


Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Mədəniyyət və Konqres Mərkəzində təşkil olunan Elektrik Stansiyalarının Açılış Mərasimində çıxış etdi.
 
 Bir terror təşkilatı ilə mübarizədə başqa bir terror təşkilatına dəstək olmağın düzgün olmadığını vurğulayan Ərdoğan Qərb dünyasını tənqid edərək: "PYD  terror təşkilatıdır və PKK-nın  qoludur, YPG də bu terror təşkilatının qoludur.  Bunlar açıq-aydın ortada olduğu halda hələ də siz bunu müdafiə edirsinizsə, "terror təşkilatı DEAŞ-ı başqa bit  terror təşkilatı  ilə məhv edəcəyəm" kimi "avam" bir yanaşma ortaya qoyursunuzsa, bu dünyada heç kim bunu qəbul etməz. Sabah o təşkilatların hədəfi olmaqdan da  xilas ola bilməyəcəklər" ifadələrini işlətdi.
 
Terrorla mübarizə aparmağın və terror təşkilatlarının öhdəsindən gəlməyin Türkiyə üçün asan olduğunu deyən Ərdoğan bu təşkilatların xarici dəstəklə mövcud olduğunu  bildirdi.
 
 Ərdoğan:"Qarşımızdakı PKK yalnız  3-5 min terrorçudan ibarət deyil, qarşımızdakı DEAŞ yalnız müəyyən sayda terrorçudan ibarət deyil, qarşımızdakı FETÖ yalnız ortada görünən satqınlardan ibarət deyil, qarşımızdakı DHKP-C yalnız bir neçə yüz döyüşçüdən  ibarət deyil. Bu təşkilatların hamısının arxasında ayrı-ayrı qüvvələr, dəstəklər, layihələr vardır" dedi.
 
 Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə bağlı  Qərbə mesaj verən Türkiyə prezidenti: "Qərb dünyası istədiyi qədər terrorçuya  Qərb şəhərlərində sığınacaq versin. Bir gün bumeranq kimi  qayıdacaq və onları da vuracaq" dedi.



Әlaqәli Xәbәrlәr