Ərdoğan: " Bizim meyarımız, ölkəmizin və millətimizin mənfəətidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Academic Hospitalın açılış mərasimində çıxış etdi.

604895
Ərdoğan: " Bizim meyarımız, ölkəmizin və millətimizin mənfəətidir"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkillərinin saxlanılması və həbs olunmasını dəyərləndirərək: " Toxunulmazlıqdan istifadə edərək Məclisə, dövlətə, millətə, məhkəməyə meydan oxuyanların, hətta təhqir edənlərin məqsədi Türkiyəni beynəlxalq aləmdə çətin vəziyyətə salmaqdır. Açıq-aydın deyirəm. Mənim bu növ beynəlxalq  hücumlarla bağlı heç bir qorxum, narahatçılığım yoxdur. Mənim üçün əsl olan millətimdir "dedi.
 
 İstanbul Üsküdar Tibb Elmləri Universitetinin Fəxri Doktoru adını alan və Academic Hospitalın açılış mərasimində çıxış edən Ərdoğan Türkiyənin son 3 ildə baş verən olaylar səbəbindən artıq hadisələrə münasibəti dəyişdirmiş və özünə yeni yol seçmiş bir ölkə olduğunu qeyd etdi.
 
 Türkiyənin dövlət başçısı: "Bundan sonra bizim üçün "o nə deyər, bu nə deyər?" deyə  bir ölçü yoxdur. Artıq bizim meyarımız, ölkəmizin və millətimizin mənfəətidir" dedi.



Әlaqәli Xәbәrlәr