Ömər Çəlik Aİ-na üzv ölkələrin səfirləri ilə görüşüb

Avropa İttifaqı naziri Ömər Çəlik siyasi xadimlərin xalqın ehtiyacları əvəzinə terror təşkilatı nümayəndəliyi üçün siyasətlə məşğul olmalarının qəbul edilə bilməyəcəyini söyləyib.

605461
Ömər Çəlik Aİ-na üzv ölkələrin səfirləri ilə görüşüb

Avropa İttifaqı naziri Ömər Çəlik siyasi xadimlərin xalqın ehtiyacları əvəzinə terror təşkilatı nümayəndəliyi üçün siyasətlə məşğul olmalarının qəbul edilə bilməyəcəyini söyləyib.

Nazir paytaxt Ankarada vəzifəli Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə keçirdiyi yığıncaqdan sonra mətbuat konfransı təşkil edib.

Nazir Çəlik deyib ki, avropalı dostlarımız bir cümlə ilə yanımızda olduqlarını bildirirlər, 9 cümlə ilə isə buna zidd fikirlər səsləndirirlər.

Avropa İttifaqının artıq terror təşkilatı PKK mövzusundakı müxtəlif qurumlarının ikiüzlü siyasətlərində dəyişiklik etmələrinin vacibliyini  dilə gətirən nazir Çəlik bildirib ki, Belçikadakı bir məhkəmənin PKK-nı terror təşkilatı kimi tanımayan qərarı birbaşa Avropa İnsan Haqları sazişinə ziddir. Hal-hazırda ‘PKK terror təşkilatı deyildir’ deyən məhkəmə sabah ‘DEAŞ terror təşkilatı deyildir” də deyə bilər.

Məhkəmələrin çağırışına mənfi cavab verib ifadə üçün getməyən Xalqların Demokratik Partiyası (HDP) millət vəkillərinin saxlanılması məsələsinə də toxunan Ömər Çəlik bildirib ki, bir şəxsin millət vəkili olaraq seçildikdən sonra terror fəaliyyəti aparması barədə bir azadlıq yoxdur. Burada terror təbliğatı aparan, terrora dəstək verən və ifadə verməyə çağırıldığı halda getməyənlər haqqında iş qaldırıldı. Nəticədə ümumlikdə sənədlərinə baxılıb sərbəst buraxılanlar oldu.

‘Xəndəklər bizim qazancımızdır”, ‘PKK-nı terror təşkilatı kimi görmürük’ deməyin bir millət vəkilinin terrorçulara silah daşımasının qəbul edilə bilməyəcəyini vurğulayan nazir onu da deyib ki, heç bir Avropa ölkəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) danışıldığı qədər cürətli mübahisələr yaşanmır. Məclisdə hər kəs azad şəkildə danışır. Bəzi Avropa ölkələrində buna icazə verilmir. Keçmişdə İspaniya məhkəməsi bir millət vəkilinin Venezueladakı bir ETA mitinqində iştirak edib bu təşkilatın təbliğatını aparmasını cinayət işi qəbul etdi. Avropa İnsan Hüquqları Məhkəməsi də bu qərarı təsdiqlədi.

Avropa İttifaqı Komissiyasının sədri Jean Claude Junckerin Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyəyə gəlmədiyini xatırladan nazir Çəlik Avropa İttifaqı Komissiyasının tarixinin ən uğursuz və dünyagörüşü ən zəif olduğu dövrdə olduğunu da vurğulayıb.  



Әlaqәli Xәbәrlәr