Kǝnd tǝsǝrrüfatı sahǝsindǝ tǝcili tǝdbirlǝrǝ zǝrurǝt var

Kǝnd tǝsǝrrüfatı mǝhsuldarlığının qarşıdakı 30 ildǝ 60% faiz artırılmaması halında bütün dünyada qida qarşıdurmaları yaşana bilǝr. Bunu Kǝnd tǝsǝrrüfatı naziri Faruk Çelik deyib.

605134
Kǝnd tǝsǝrrüfatı sahǝsindǝ tǝcili tǝdbirlǝrǝ zǝrurǝt var

Nazir Faruq Çǝlik Ərzincan vilayǝtindǝ iştirak etdiyi bir tǝdbirdǝki çıxışında kǝnd tǝsǝrrüfatının ǝhǝmiyyǝtinǝ toxunaraq, Türkiyǝnin dünya gerçəklərini nǝzǝrǝ alaraq son 14 ildə kənd təsərrüfatı gǝliratını 147 milyard lirəyə qaldırdığını, lakin Avropa İttifaqına üzv ölkǝlǝrdǝ kǝnd tǝsǝrrüfatı üçün büdcədən 40% pay ayrıldığını qeyd edib. Hazırda bütün dünyada 1 milyard insanın açlıq ilǝ qarşı qarşıya qaldığını ifadǝ edǝn nazir, dünya əhalisinin 9,5 milyarda çatacağı 2050-ci ildə daha da   artacağını vurğulayıb. Belǝ dǝhşǝtli vǝziyyǝtin yaranmasına mane ola bilmǝk üçün 30 il ǝrzindǝ kǝnd tǝsǝrrüfatı mǝhsuldarlığının 60% artırılmasının lazım gǝldiyini bildirib.

Türkiyənin qanadlı heyvan ixracatına da diqqǝt çǝkǝn Faruk Çǝlikin sözlǝrinǝ görǝ Türkiyə toyuq əti istehsalında dünyada 10-cu, Avropa İttifaqı ölkǝlǝri arasında isǝ üçüncü sırada iştirak edir. Sektorun inkişafını davam etdirmǝk üçün 181 yeni layihǝ hǝyata keçirilib.



Әlaqәli Xәbәrlәr