İnterpol Baş Assambleyasının 85-ci sessiyası öz işinә başladı

Türkiyə  İnterpol iclasında 167 ölkəyə  Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdindәn danışacaq.

605188

İnterpol  Baş Assambleyasının 85-ci sessiyası İndoneziyanın Bali adasında yerlәşәn Nusa Dua konqres mәrkәzindә öz işinә başladı.

Sessiyanın  builki  mövzusu  terrorizmlә  mübarizәdir.

Sessiyada  167 ölkәnin  1360 nümayәndәsi  iştirak edir.

Sessiyada İnterpolun növbәti  dönәm  sәdri dә seçilәcәk. Sədrlik üçün Çin Xalq Respublikasından Dövlət Təhlükəsizliyi nazirinin müavini Hongwei Meng və Namibiyadan  General-polkovnik Sebastyan Ndeitunga mübarizә aparacaq.

Türkiyәli  rəsmilər  iclas çərçivəsində təşkil olunan paneldə terror tәşkilatı PKK, YPG vә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdi ilә әlaqәdar Türkiyәnin tutduğu mövqedәn bәhs edәcәk, hәmçinin bu terror tәşkilatına qarşı aparılan mübarizә barәdә mәlumat verәcәk.

Qeyd edәk ki, sessiya öz işini noyabrın 10-da sonlandıracaq.

Әlaqәli Xәbәrlәr