Baş Qərargah rəisi general Hulusi Akar Rumıniyada həmkarı ilə görüşdü

Baş Qərargah rəisi general Hulusi Akar Rumıniyanın Baş Qərargah rəisi general Nicolae Ciuaca ilə iki ölkə arasındakı hərbi əməkdaşlığı müzakirə edib.

603109

Baş Qərargah Rəsliyinin açıqlamasına əsasən ordu generalı Hulusi Akar, Dəniz Qüvvələri komandiri admiral Bülənd Bostanoğlu ilə Rumıniyanın Baş Qərargah rəisi general Nicolae Ciuacanın rəsmi dəvətilə iki ölkə arasındakı hərbi əməkdaşlıq mövzularını müzakirə etmək məqsədi ilə adı çəkilən ölkəyə səfər etdilər.

Ordu generalı Akar və müşayiətindəki heyət görüşlərlə yanaşı paytaxt Buxaresdə 1932-ci ildə səfir Hamdullah Suphi Tanrıövərin təşəbbüsü ilə tikdirilən Türk Şəhidliyini də ziyarət edib.

Qeyd edək ki, şəhidlikdə Birinci Dünya Müharibəsində Rumıniyada şəhid olmuş 939 Türkün qəbri var.

Әlaqәli Xәbәrlәr