B.Yıldırım: ‘‘Fetullahçı Terror Təşkilatı qlobal tәhdit yaradır’’

Türkiyәnin Baş naziri  Binәli  Yıldırım  Fətullahçı Terror Təşkilatının (FETÖ) qlobal  təhdid yaratdığını vurğuladı.

602526
B.Yıldırım: ‘‘Fetullahçı Terror Təşkilatı qlobal tәhdit yaradır’’

Türkiyәnin Baş naziri  Binәli  Yıldırım  Fətullahçı Terror Təşkilatının (FETÖ) qlobal  təhdid yaratdığını vurğuladı.

İstanbulda keçirilәn  Türkiyə - Afrika İqtisadiyyat və Biznes Forumunun qala yemәyindә  Afrika ölkələrindən gələn nümayəndələrə müraciət edən baş nazir bu ölkələrә  FETÖ barədə bir daha xəbərdarlıq etdi.

 Baş nazir B. Yıldırım  çıxışında  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY) 15 iyulda hәyata keçirdiyi   dövlət çevrilişi cəhdinə də toxunaraq: ‘‘Bәlkә Türkiyәyә gәlmәzdәn əvvəl hadisәlәrә  kәnardan baxdığınız zaman fәrqli düşünә bilәrsiniz, lakin çevrilişdәn sonra Türkiyәyә sәfәr edәn bütün dostlarımız eşitdiklәri ilә gördüklәrinin fәrqli olduğunu anladılar’’ deyә bildirdi.

B.Yıldırım  bu terror tәşkilatının yalnız Türkiyә üçün  deyil  fәaliyyәt göstәrdiyi 160 ölkә üçün tәhdid yaratdığını  dedi.

B.Yıldırım bu terror təşkilatının nəzdində fəaliyyət göstərən təşkilatların Afrika ölkələrində də fəaliyyət göstərdiyini bildirdi.

Baş nazir hәmçinin  terror təşkilatının qitədəki mövcudluğuna  yol verilməməsi üçün müvafiq tədbirlərin görülmәsinin  vacibliyini vurğuladı.

Binәli Yıldırım  çıxışı zamanı  Türkiyə-Afrika münasibətlərinә dә toxunaraq:  ‘‘10 il əvvəl Türkiyənin Afrika ölkәlәri ilә  ticarət hәcmi  6-7 milyard dollar idi, hazırda isә  18 milyard dollardır’’ deyә bildirdi.



Әlaqәli Xәbәrlәr