Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" əməliyyatı barədə məlumat yaydı

"Fərat Qalxanı" əməliyyatının 70-ci günündə terror təşkilatları DEAŞ-a aid 120 və PYD/PKK-ya aid 2 hədəf vuruldu.

601001
Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" əməliyyatı barədə məlumat yaydı

Suriyanın şimalının terrorçulardan təmizlənməsi üçün avqustun 24-də Türkiyənin rəhbərliyi altında başlanılan "Fərat Qalxanı" əməliyyatının 70-ci günündə terror təşkilatları DEAŞ-a aid 120 və PYD/PKK-ya aid 2 hədəf vuruldu.
 
 Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, müxaliflər əməliyyatın başlanğıcından bu günədək 170 yaşayış məntəqəsində təxminən min 350 kvadrat kilometrlik sahədə nəzarəti təmin ediblər.
 
 Gün ərzində baş verən toqquşmalarda 12 müxalifətçi yaralanıb.



Әlaqәli Xәbәrlәr