"ABŞ-ın PKK-nın Suriyadakı davam olan PYD/YPG ilə əməkdaşlığı bölgə üçün zəhərdir", M.Şimşək

Mehmet Şimşək Türkiyə-ABŞ İş Şurası və ABŞ-Türkiyə Şurasının əməkdaşlığı ilə Vaşinqtonda təşkil edilən ABŞ-Türkiyə əlaqələri 35-ci İllik Konfranda iştirak edib.

600826
"ABŞ-ın PKK-nın Suriyadakı davam olan PYD/YPG ilə əməkdaşlığı bölgə üçün zəhərdir", M.Şimşək

Baş nazirin müavini Mehmet Şimşək 15 iyuldakı uğursuz çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) quldurbaşının olduğuna dair heç bir şübhənin olmadığını bildirərək, ABŞ-na təqdim etdikləri qovluqlarda yarım milyona yaxın dəlil olduğunu söyləyib.

Mehmet Şimşək Türkiyə-ABŞ İş Şurası və ABŞ-Türkiyə Şurasının əməkdaşlığı ilə Vaşinqtonda təşkil edilən ABŞ-Türkiyə əlaqələri 35-ci İllik Konfranda iştirak edib.

Konfransda iştirak edənlərin suallarına cavab verən Mehmet Şimşək deyib ki, Türkiyədə bazarların FETÖ-nün uğursuz çevriliş cəhdindən sonra sürətli şəkildə özünə gəlməsində başda maliyyə nizam-intizamı və sabit iqtisadi inkişaf olmaqla güclü makroiqtisadi əsaslar mühüm rol oynadı.

Türkiyənin büdcə kəsirinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin dörddə bir və Avrozona ölkələrinin üçdə bir hissəsinə yaxın nisbətdə olduğuna diqqət çəkən nazir vurğulayıb ki, güclü bankdarlıq sistemi iqtisadiyyatın sabit şəkildə inkişafını davam etdirməsinə kömək edir.

Türkiyənin terror təşkilatı PKK ilə mübarizəsi barədə də məlumat verən Mehmet Şimşək deyib ki, Türkiyənin kürdlərlə heç bir problemi yoxdur. Əslində Türkiyə kürd vətəndaşlarının mövcudluğu ilə daha güclüdür. Bu barədə heç bir sual işarəsi yoxdur. Ancaq bizim problemimiz terror təşkilatı PKK-dır. PKK ABŞ-ın, Avropa İttifaqının və BMT-nin terror siyahısındadır. ABŞ bu durumu başa düşür və bununla bağlı olaraq bizimlə çox yaxın müttəfiq oldu.

ABŞ-ın PKK-nın Suriyadakı davam olan PYD/YPG ilə əməkdaşlığının bölgə üçün zəhərli olduğunu vurğulayan baş nazirin müavini Mehmet Şimşək bildirib ki, PKK bizim üçün ciddi bir problemdir. Eyni şeyi PKK-nın Suriyadakı davamı olan terror təşkilatları üçün də söyləyirik. ABŞ ilə bu barədə ziddiyyət yaşanması pis vəziyyətdir. Amerikalı dostlarımızın axırda bu barədəki düşüncələrini dəyişəcəyinə inanıram.



Әlaqәli Xәbәrlәr